Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu SİLDİ
Rusiya Afrika ölkələrinin ümumilikdə 23 milyard dollar borcunu silib.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya inkişaf üçün Afrika ölkələrinə təxminən 90 milyon dollar ayıracaq.
O, Moskvanın ticarət imtiyazları verməklə Afrika qitəsinin inkişafına kömək etmək niyyətində olduğunu vurğulayıb:
"Rusiya da Afrika ölkələrinin borc yükünü yüngülləşdirmək səylərində iştirak edir. Bu günə kimi silinmiş borc 23 milyard dollardır. Afrika ölkələrindən gələn son müraciətlə biz 90 milyondan çox vəsait ayıracağıq".
Qeyd edək ki, iyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində Moskva Somalinin 684 milyon dollardan çox dövlət borcunu silib. Bu barədə məlumatı Somalinin baş nazirinin müavini Salah Əhməd Cama yayıb. Onun sözlərinə görə, Rusiya Afrika dövlətinin 7,5 və 684 milyon dollardan çox olan iki borcunu bağışlayır. O vurğulayıb ki, Somali Rusiyaya qalan borcları yeni qrafikə əsasən qaytaracaq.
Məlumata görə, 1992-ci ildən bəri Rusiya müxtəlif ölkələrə təxminən 152 milyard dollar borcunu bağışlayıb. Rəsmi olaraq Rusiya Federasiyasının hakimiyyət orqanları bu məlumatı təsdiqləməyib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi