Rusiya analoqu olmayan hipersəs raketini hərəkətə keçirdi
Rusiya hipersəs "Triskon" raketini Ağ dənizdə sınaqdan keçirib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, raket 350 km məsafədəki süni hədəfi uğurla zərərsizləşdirib.
Raket səs sürətindən 8 qat daha çox hərəkət edib.
Qeyd edək ki, raketin daha əvvəl oktyabr və noyabr aylarında 2 sınağı keçirilmişdi.
Dünyanın ilk su əsaslı hipersəs qanadlı raketi olan "Tsirkon"un sürəti 8-9 Mach, mənzili isə 1000 kilometrə çatır.
Zümrüd