"Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı erməni uydurmalarına inanmır"
Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı erməni uydurmalarına inanmayıb.
KONKRET.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü həftəlik brifinqdə erməni jurnalistin sualını cavablandırarkən qeyd edib ki, Moskva bu məsələ ilə bağlı Azərbaycanla sıx təmasdadır.
"Azərbaycan tərəfi qeyd olunan mesajı rəsmən təkzib edib. Biz bu məsələdə, nəinki Azərbaycan tərəfi ilə, eləcə də silah tədarükünü açıq şəkildə bəyan edən Qərb dövlətləri istisna olmaqla, bütün digər ölkələrlə sıx əlaqə saxlayırıq", – deyə Zaxarova o qeyd edib.
Zaxarovanın sözlərinə görə, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq idarələri tərəfindən diqqətlə yoxlanılır.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək