"Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasını İSTƏMİR" - "Amerikanın səsi"

"Moskva İrəvanla Bakı arasında barışıq sazişinin bağlanmasını istəmir".
KONKRET.az xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyası yazır.
Amerikalı analitiklər Laçın dəhlizi ətrafındakı vəziyyətin nə dərəcədə yeni Ermənistan-Azərbaycan hərbi toqquşmalarına səbəb ola biləcəyini müzakirə edirlər.
Analitik Riçard Veyts cari hadisələr kontekstində Ermənistanla Azərbaycan arasında yeni hərbi toqquşma ehtimalını ağlasığmaz hesab etmir.
Lakin onun fikrincə, qışda pis hava şəraiti, İrandakı qeyri-müəyyənlik, Türkiyədəki seçkilər və Ukraynadakı müharibə bu gün belə inkişafın qarşısını ala bilər.
"Mən mümkün və ya planlaşdırılan gərginliyin heç bir əlamətini görmürəm. Lakin son illərdə biz bilirik ki, hərbi toqquşma çox tez və hər hansı səbəbdən baş verə bilər", – Veyts deyib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə azərbaycanlılarla kəsdiyi çörəyi də vicdanı kimi itirib. O, Laçın dəhlizi ilə bağlı münaqişənin yenidən alovlanması üçün ciddi təhlükə gördüyünü deyərək Azərbaycanı günahlandırıb.
"Hesab edirəm ki, burada məsuliyyət birbaşa Bakının üzərinə düşür. Azərbaycanda müstəqil ictimai təşkilatlar yoxdur. Bu insanlar ekoloji problemlərlə bağlı etiraz aksiyası keçirmək istəsəydilər, hətta Bakıda belə aksiya keçirməyə icazə verməzdilər", – Kozlariç deyib.
Keçmiş səfir Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa böyük əhəmiyyət verir. Onun fikrincə, nə ABŞ, nə Aİ, nə də Rusiya, birbaşa ikitərəfli təmaslar vasitəsilə əldə edilə biləcək nəticələrə vasitəçilik edə bilməz.
"Biz elə vəziyyətə düşmüşük ki, ruslar hər şeyə nəzarət edir. Və biz artıq sülh danışıqlarının, Ermənistan və Azərbaycanın birbaşa həll etməli olduğu məsələlərin müzakirəsinə yaxın deyilik", – deyə Kozlariç bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan Moskvaya bu prosesdə böyük rol oynamaq imkanı verib.
"Sülhməramlı missiyanın təkcə Rusiyaya ötürülməsi regionda uzunmüddətli sülhün bərqərar olması üçün böyük səhv idi. Rusiya sülh istəmir.
Bunun böyük səhv olması faktı Rusiyanın Ukraynaya soyqırım hücumundan sonra daha da aydın oldu. Onlar sübut etdilər ki, qonşu ölkədə müstəqil sülhməramlı rolunu oynaya bilməzlər", -deyə  Kozlariç vurğulayıb.
Veyts də öz növbəsində Moskvanın İrəvanla Bakı arasında barışıq sazişi bağlamaq istəməməsi ilə razılaşır, gərginlik üzərində oynamaq istədiyini deyir.
"Onlar (Rusiya) münaqişənin aktiv və həll olunmamış qalmasını istəyirlər. Lakin mən hesab etmirəm ki, onlar münaqişənin indi alovlanmasını istəyirlər. Rusların Ukraynada baş verənlərdən sonra gücü yoxdur. Düşünmürəm ki, Moskva indi daha da çox sülhməramlılar verməyə və ya yeni münaqişəyə girişməyə çalışacaq.
Rusiya sülhməramlıları hər iki tərəfdən tənqid olunsa da, Moskva Qərb dövlətlərindən fərqli olaraq Ermənistanla Azərbaycan arasındakı prosesdə müəyyən əsas rol oynamaqda davam edir.
Təhlükəsizlik Şurasının iclasında Amerika tərəfi bəyan edib ki, Birləşmiş Ştatlar tərəflərə birtərəfli, ikitərəfli və ya çoxtərəfli formatda dəstək vermək istəyir, lakin konkret təşəbbüs irəli sürülmür", – deyə o vurğulayıb.
Ekspertin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsi bu gün Qərbin üzləşdiyi digər problemlərlə müqayisədə prioritet deyil.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 03 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari xeberler azerbaycan cəbhədən görüntüleri ensonxeberler