Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
"Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb".
KONKRET.azxəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
"O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir".
Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək "İsgəndər" raket kompleksini təhvil verib:
"Aprelin 3-dən ekipajın təliminə başlayırıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq".
Qeyd edək ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.//Report
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir