Rusiya buna görə Ermənistana silah tədarükünü dayandırdı - Politoloq səbəbləri SADALADI
Rusiya Ermənistana silah tədarük etmir. Belə ki, 2021-ci ilin sonundan etibarən Rusiya Ermənistana silah və hərbi texnika tədarükünü dayandırıb. Ermənistanın müdafiə naziri olmuş David Tonoyan bildirib ki, silah tədarükü Ermənistan-Rusiya kredit müqaviləsinə əsasən dayandırılıb. Müqaviləyə görə, 200 milyon dollarlıq silah tədarükü tamamilə başa çatdırılıb.
Bəs görəsən, Rusiya niyə Ermənistana silah verməkdən imtina edir? Məsələnin arxasında hansı məqamlar var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Ermənistanı silahlandırmaq Rusiyaya sərf etmir:
"Rusiyanın Ermənistana silah tədarükünü dayandırmasının özlüyündə bir neçə səbəbi var. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan Rusiyadan silahları pulsuz alırdı. Artq şimal qonşumuz özü Ukrayna ilə müharibə apardığına görə, onun Ermənistana silah vermək imkanı yoxdur. Rusiyanın hər bir elitasında çox ciddi çaşqınlıq var. Ukraynadakı məğlubiyyətin fonunda bu maddi cəhətdən də, ideya cəhətdən də düz gəlmir. Digər tərəfdən Azərbaycanla Rusiya arasında cari ilin fevral ayında imzalanan müqaviləyə görə tərəflər bir-birinin təhlükəsizliyinə təminat verir. Tərəflər hərbi sahədə əməkdaşlıq etdiyinə görə, Rusiya başqa bir dövləti Azərbaycana qarşı silahlandıra bilməz. Azərbaycan Prezidenti bu məsələni həll edib".
Politoloq bildirib ki, Ermənistan kasıb dövlətdir və gəlirləri ordunu saxlamağa yetmir:
"Üçüncü bir tərəfdən Ermənistan kapitulyasiya aktını qəbul edib və Vladimir Putin bu aktı imzalayıb. Ermənistan bu bəyanatın müddəalarına əməl etmədiyinə görə, Azərbaycan bu məsələni Avropaya daşıdı. Brüsseldə Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşlərdə sülh müqaviləsinin imzalanması müzakirə olundu. Çünki Ermənistanda, Rusiyada, Fransada, İranda uzun müddət bu məsələni biznesə çevirmişdilər. Məlumdur ki, Ermənistan kasıb dövlətdir və gəlirləri ordunu saxlamağa yetmir. Ermənistan ordusu qrant və ianələrlə yaşayırdı. Uzun müddətdir onlar bu ianələri kilsə vasitəsi ilə alırdı. Vətən müharibəsindən sonra bu məsələyə də son qoyuldu. Məsələn, Ermənistan vasitəsilə İran narkotik məhsulların satışını təşkil edirdi. Bütün bu faktlar onu göstərir ki, Rusiya bilərəkdən Ermənistana silah tədarükün dayandırıb. Azərbaycanın rolu bu məsələdə rolu danılmazdır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik