Rusiya Ermənistana qarşı daha amansız olacaq – Moskva ilə Qərbin tezisləri

Rusiya Ermənistana qarşı daha amansız olacaq – Moskva ilə Qərbin tezisləriTürkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın "Qəzza sakinləri öz torpaqlarında öləcək, amma Qarabağ erməniləri kimi öz vətənlərini tərk etməyəcəklər" ifadəsi ermənilərə dərd olub və onlar bunu həzm edə bilmirlər. Bir çox erməni siyasi ekspertlər Ərdoğanın bunu qəsdən söyləməklə erməniləri aşağılamağa çalışdığını düşünür.
KONKRET.az xəbər verir ki, politoloq Stepan Danelyan özünün Facebook səhifəsində Ərdoğanın dediklərinə münasibət bildirib.
Özlərinə təskinlik verən Danelyan deyib ki, Ərdoğan bununla siyasi nümunə çəkib: "Əminəm ki, bu sözlər bizə ünvanlanmayıb. Bu sözlərin kimə ünvanlandığını başa düşmək Qarabağda və Ermənistanda baş verənləri anlamaq qədər vacibdir.
Qarabağın ermənilərdən azad edilməsi beynəlxalq sui-qəsddir. Orada iştirak edən Rusiya qüvvələri müxtəlif ssenarilər həyata keçirməyə çalışırdılar. Rusiyaya ermənilərin bir qədər güzəştə getməsi və rus qoşunlarının oraya göndərilməsi lazım idi. Qarabağ isə onun Qafqazda uzunmüddətli mövcudluğunu təmin edəcək bir mübahisə predmeti olaraq qaldı.
Rusiyanın zəiflədiyini nəzərə alaraq, bu yolla güzəştə getmək istəyirdilər. Ancaq Qərbə Qarabağın ermənilərdən qəti şəkildə azad edilməsi lazım idi. Onlar bilirdilər ki, Qarabağdan ermənilər çəkilib gedəndən sonra Rusiya da orada qalan deyil və beləliklə, region ruslardan xilas olacaq.
Bu məqsədlə indiki rejim uzun illər Qarabağın təslim olması ilə bağlı təbliğat aparan Ermənistanda hakimiyyətə gətirildi. Qərbin planlarından faydalananlardan biri də Qarabağın ermənisizləşdirilməsini istəyən İsrail idi. Biz burada nəinki İsrailin varlığına daimi təhlükə yaradan, həm də gələcək mümkün kommunikasiyaların qurulması üçün mühüm geosiyasi əhəmiyyətə malik Qəzzanın rolu üzərində dayanmayacağıq. Ərdoğan nə deyib?
O, belə bir proqram hazırlayan geosiyasi mərkəzin Qəzza zolağında Qarabağ presedentini həyata keçirə bilməyəcəyini bəyan edib. Bunun uğurlu olub-olmamasını həyat göstərəcək, amma Ərdoğanın sözləri məhz bu qüvvələrə ünvanlanıb".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun cəbhədən son xəbər cəbhədən son durum axsam.az xeberler