Rusiya Ermənistanla qaz sazişini ləğv edə bilər - İrəvana xəbərarlıq
Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında qaz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun adından Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə məktub göndərilib.
Məktubda qeyd olunub ki, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə üzvlük istəyi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsini təhlükə altına qoyur.
"Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində davam edən praktiki addımları və Aİ-yə qoşulmaq niyyəti Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli beynəlxalq sazişlərin gələcəyini sual altına qoyur", – məktubda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair razılaşmalardan gedir.
Rusiya Energetika Nazirliyi, eləcə də Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib.
Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da nəşrin sorğusunu cavablandırmayıb.

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK