Rusiya-Gürcüstan danışıqları başladı
Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbərinin müavini Laşa Darsaliya məlumat verib.
Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya bildirib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir:
"Gürcüstanın Avropa Birliyi, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri, bu gün keçirilən danışıqların baş tutmasında vacibdir".
Qeyd edək ki, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, AB və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ da danışıqlarda iştirak edir.
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü