Rusiya hərbi qiyamla üz-üzə - Priqojin və 'vaqner'çiləri nə gözləyir? - TƏHLİL

Rusiya hərbi qiyamla üz-üzə - Priqojin və 'vaqner'çiləri nə gözləyir? - TƏHLİL"Priqojini çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və hakimiyyət üçün problemə çevrilən "Vaqner" qruplaşması darmadağın ediləcək". 
Bu fikirləri azxeber.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Rusiyada baş verən prosesləri şərh edərkən bildirib.
Rusiya hərbi qiyamla üz-üzə - Priqojin və 'vaqner'çiləri nə gözləyir? - TƏHLİLSiyasi şərhçi hesab edir ki, Priqojinin və "vaqner"çilərin Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı müqavimət göstərə biləcək gücü yoxdur:
"Rusiyada baş verən son hadisələri və "Vaqner" özəl hərbi "şirkəti"nin rəhbəri Qriqori Priqojinin silahlı qiyama cəhd etməsini bir neçə aspektdən şərh etmək olar. Əvvala, qeyd edim ki, baş verənlər nəticəsindən asılı olmayaraq, Rusiyada Ukraynaya hərbi müdaxiləni qatı tərəfdarları olan və Priqojini öz qəhrəmanına çevirən, onu "korrupsiyaya bulaşmış generallara" qarşı çıxış edən əsl "rus kişisi" kimi qəbul edənlərin mövqeyinə, silahlı qüvvələrin və təbii ki, hakimiyyətin avtoritetinə ziyan dəyəcək. Priqojini isə çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və artıq hakimiyyət üçün problemə çevrilən "Vaqner" qruplaşması darmadağın ediləcək. Çünki Priqojinin, ordu bir yana qalsın, Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı belə müqavimət göstərə biləcək gücü yoxdur. Silahlı qiyamın səbəbləri ilə bağlı, qənaətimə görə, ən azı iki ehtimal irəli sürmək olar:
- Priqojin məqsədyönlü şəkildə təxribata çəkilib və onun emosional bir şəxs olduğunu yaxşı bilən texnoloqlar "Vaqner" rəhbərinin başqa seçimi qalmadığı üçün təslim olmayacağını, silahlı qiyama əl atacağını öncədən hesablayıblar. Qiyam isə Rusiya hakimiyyətinə ölkədə hərbi vəziyyət elan etməyə, yaxud hərbi vəziyyət elan edilmədən də məhdudiyyət və qadağaları daha da sərtləşdirməyə imkan yaradacaq.
- Qiyam Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarında Priqojinin günahkar olduğunu, onun təxribat və sabotajlarının hərbi əməliyyatların uğurla davam eydirilməsinə maneə yaradığını irəli sürməyə imkan verəcək və "Vaqner" Ukrayna kampaniyasının "qurbanlıq keçi"si elan olunacaq. Bütün günahlar "Vaqner"çilərin üzərinə qoyulacaq. Bu xüsusda, Kaxovka su anbarının partladılmasında da Priqojinin suçlu bilinməsi mümkündür. Bu sıraya "Azad Rusiya" legionu və "Rus könüllüləri" korpusunun da "Vaqner"çilərdən təşkil edildiyinin elan oluna biləcəyi ehtimalını da əlavə etmək olar. 
Digər tərəfdən, unutmaq lazım deyil ki, qiyamın, yaxın inqilabın imitasiyası real qiyam və inqilabların qarşısının alınması üçün ən sınanmış vasitələrdən biridir.
Təbii ki, bütün bunlar, sadəcə ehtimallardır. "Vaqner"çilərin nəzarət götürdükləri iddia edilən Rostov və Voronej şəhərləri ilə bağlı yayılan xəbərlər də kifayət qədər ziddiyyətlidir. 
Qərb və Ukrayna mediası "Vaqner" qruplaşmasının iki şəhəri nəzarətə götürdüyünü və Tula şəhərinə doğru irəlilədiyini iddia edir. Rusiya mənbələri, həmçinin həmin şəhərlərdə yaşayan azərbaycanlılarla yaratdığım əlaqə nəticəsində əldə etdiyim məlumatlar, yalnız hərbi obyektlərin bir hissəsinin nəzarət götürüldüyünü deməyə əsas verir".
Politoloq bildirib ki, "Vaqner"in sıralarına qoşulanların heç də hamısı Priqojinə sadiq şəxslər deyil və onların bir hissəsi vaxtilə Rusiya ordusunda xidmət keçmiş peşəkar hərbçilərdir:
"Xatırladım ki, 2022-ci ilin aprel ayın üçün açıqlanan rəqəmlərə görə, "Vaqner"in 8 min döyüşçüsü olub. Ulraynaya hücumdan, xüsusilə də Baxmut uğrunda döyüşlər zamanı "Vaqner"in döyüşçülərinin sayı artırılıb və təxminən 50 min nəfərə çatdırılıb. Amma nəzərə almaq lazımdır ki, Ukraynaya hücumdan sonra "Vaqner"in sıralarına qoşulanların heç də hamısı Priqojinə sadiq şəxslər deyil və onların bir hissəsi vaxtilə Rusiya ordusunda xidmət keçmiş peşəkar zabitlərin  komandanlığı altında döyüşürlər. Bu baxımdan, ən yaxşı halda təxminən 20 min "Vaqner" döyüşçüsünün olduğunu deyə bilərik. Həmçinin nəzərə almaq lazımdır ki, onların heç də hamısı Rusiya ərazisində deyil. "Vaqner"in Krasnodar vilayətinin "İsti açar" şəhərciyinin Molkin xutorunda yerləşən mərkəzi qərargahında, hələ də bir neçə min döyüşçünün qaldığı bildirilir. 
Yəni, "Vaqner"çilərin arasında da qiyama qoşulmayanlar da var. Şübhəsiz Kİ. Informasiya müharibəsi şəraitində dəqiq məlumatlar və statistik göstəricilər əldə etmək çox çətindir. Amma əgər Rusiya silahlı qüvvələrinin, xüsusilə də hərbi hava qüvvələrinin və xalqın dəstəyi olmazsa, Priqojinin uğur qazanacağı inandırıcı görünmür. Priqojin qiyamda 25 min nəfərin iştirak etdiyini bildirsə də, bu rəqəm də reallığı əks etdirmir. Çünki əldə olunan görüntülərdə ayrı-ayrı ərazilərdə postlar quran "Vaqner"çilərin sayı heç 100 nəfərə də çatmır.
"Vaqner"çilərin nəzarətində olan ağır hərbi texnika və artilleriyanın sayı da qiyamın genişmiqyaslı aksiyaya çevrilməsi üçün yetərli deyil. Bununla yanaşı, artıq Rusiya ordusu və təhlükəsizlik qüvvələri ilə yanaşı, digər özəl şirkətlərin də "Vaqner"çilərə qarşı hərəkətə keçdiyi bildirilir. Onların arasında "Axmat", "Rusiç" və "Redut" özəl hərbi şirkətlərinin təmsilçiləri də var. Əgər hakimiyyət daxilindən ciddi dəstək olmazsa, qiyamın yatıralacağı ehtimalı daha çoxdur. Lakin bu, Rusiyanın Ukraynadakı döyüş mövqelərinə ciddi təsir göstərə və hətta qoşunların 2014-cü ilin mövqelərinə geri çəkilməsi ilə də nəticələnə bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 24 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər ən son xəbərlər bugün son xəbərlər azərbaycanda krimnal bugun