Rusiya HƏRƏKƏTƏ KEÇİR: Helikopter və silahlar Əfqanıstan sərhədində
Rusiya Əfqanıstanda baş verən hadisələrdən sonra Mərkəzi Asiya ölkələrinə silah satışını artırır.
Publika.az xəbər verir ki, Rusiya dövlət müdafiə sənayesi şirkəti "Rosoboronexport"un prezidenti Aleksandr Miheyev Əfqanıstanda vəziyyətin pisləşməsindən sonra qonşu ölkələrdən rus silahlarına tələbatın artdığını söyləyib.
O, Rusiyanın Mərkəzi Asiyadakı ortaqlarını dəstəkləməyə hazır olduğunu söyləyib.
"Rusiya helikopterləri, yüngül silahları və sərhəd təhlükəsizliyi sistemləri üçün bölgə ölkələrindən bir sıra müraciətlər üzərində işləyirik", - Mihiyev qeyd edib.
Rusiya Baş nazirinin müavini Yuri Borisov da avqustun 23-də verdiyiaçıqlamasında Əfqanıstanla sərhədlərini gücləndirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə "imtiyazlı şərtlər" altında silah verməyə hazır olduqlarını bildirib.
Əfqanıstanda baş verən hadisələrdən sonra Rusiya avqustun əvvəlində Özbəkistan və Tacikistanla bir neçə birgə hərbi təlim keçirib.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək