Rusiya hövsələdən çıxdı - Ermənistan çıxılmaz vəziyyətdə

Rusiya hövsələdən çıxdı - Ermənistan çıxılmaz vəziyyətdəErmənistanın Qərbə meyllənməsi Rusiyanı hövsələdən çıxarır.
İndi Rusiyanın Ermənistandan uzaqlaşdırılması üçün bəhanələr axtaran Paşinyanın qərbyönlü siyasəti çox güman ki, onun özü üçün ciddi fəsadlar yaradacaq. Rusiyanı Fransayla əvəz etmək üçün dəridən-qabıqdan çıxan Paşinyan imkan düşən kimi onu sərt tənqid edir. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusuna qoşulan Ermənistan bu addımıyla müttəfiqinə qarşı çıxdığını nümayiş etdirir. Bütün hallarda anti-Rusiya siyasəti aparan Ermənistan rəhbərliyi indi də NATO-ya üzv olmaq üçün cəhdlər edir. Daha doğrusu, ictimai fikrə hesablanan bu açıqlamalar Rusiyanın mövqeyini yoxlamaq üçündür. İştahlarından Avropa Birliyinə üzv olmaq keçən ermənilər asanlıqla Rusiyadan yaxa qurtara bilməyəcəklərini anlasalar da, imkan düşən kimi müttəfiqlərinə ağız əyirlər.
Bu gün növbəti brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva İrəvandan Roma Əsasnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı açıqlamalar tələb edib: "Biz artıq Ermənistandan bu məsələyə aydınlıq gətirməyi xahiş etmişik və İrəvanın cavabının məzmunu əsasında növbəti addımlarımızı müəyyənləşdirəcəyik".
Bu, sadəcə Rusiyanın Ermənistana kiçik xəbərdarlığıdır. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə daha ciddi təpinib. O bildirib ki, "biz baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla prezident Putin arasında işgüzar və konstruktiv münasibətləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu münasibətlər bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq. Amma biz cənab Baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk etməyəcək".
Həmçinin o, "Rusiyada Ermənistanın özündən çox erməni yaşadığını" unutmamağa çağırıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 06 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az