"Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil
"Rusiya ilə dialoq olmadan beynəlxalq vəziyyəti normallaşdırmaq mümkün deyil".
Bunu Fransa Prezidenti Emmanuel Makron Moskvaya səfəri ərəfəsində "Le Journal du Dimanche" qəzetinə bildirib.
O, qeyd edib ki, son dövrlərdə baş verənlər Rusiyanın iştirakı olmadan hər hansı münaqişəni həll etməyin mümkün olmadığını təsdiqləyib: "Həqiqətən də, bu halda başqalarının bizim adımızdan danışmasına icazə veririk və artıq kollektiv təhlükəsizliyimizə töhfə verə bilmərik".
Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edən Fransa Prezidenti vurğulayıb ki, indi silahlı münaqişədən qaçmaq üçün dialoq yolu ilə gərginliyi azaltmaq lazımdır.
Qeyd edək ki, Makron fevralın 7-də Rusiyaya səfər etmək niyyətindədir. Dövlət başçısı həmçinin fevralın 8-də Ukraynaya səfər edəcək.
///Report

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var