"Rusiya imzalanacaq sülh müqaviləsində rol almaq istəyir" - Putin Paşinyan görüşü ilə bağlı AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Bəs görəsən, bu görüşdə hansı məsələlər müzakirə ediləcək? Paşinyana qarşı etiraz aksiyalarının artdığı bir dövrdə etirazçılar onu hakimiyyətdən endirə biləcəklərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, görüş cox kritik zamana təsadüf edir:"NATO-Rusiya münasibətlərinin Ukraynada pik həddə gərginləşməsi hər an NATO-Rusiya müharibəsinə çevrilə bilər. Yaxın günlərdə Rusiyanın Ukraynaya rəsmən müharibə elan edəcəyi ehtimalı var ki, bu da bir çox NATO ölkələrinin hərb meydanında tərəf olacağını deməyə əsas verir. Belə bir etimalın gerçəkləşməsi fonunda Rusiya da KTMT çərçivəsində bəzi tədbirlər görmək niyyətində olacaq. Yəqin ki, Putin-Paşinyan görüşündə bu məsələ də müzakirə olunacaq. Ermənistan Rusiyaya hərbi dəstək vermək iqtidarında olmasa da, canlı qüvvə ilə yardım edə bilər. Həmçinin, beynəlxalq aləmdə "Rusiyanın da müttəfiqləri var" kimi propaqanda məqsədi ilə Ermənistan  işə yaraya bilər. Ermənistanın hal hazırda KTMT-nin sədri olması bu ehtimalı gücləndirir. Eyni zamanda Azərbaycan və Ermənistan rəhbərləri arasında  Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşdə iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına dair ciddi razılıq əldə olundu. Paşinyanın açıqlamalarından anlaşılır ki, Ermənistan rəhbərliyi qarşıda ölkəni və siyasi iqtidarı gözləyən təhlükələri nəzərə alaraq sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına çalışır. Ermənistanı gözləyən təhlükələr isə kifayət qədər ciddi, qorxunc və çoxşaxəlidir. Ermənistana kənar müdaxilədən tutmuş ölkədaxili xaosa qədər, Baş nazirə sui-qəsddən tutmuş kütləvi iğtişaşa qədər hər şeyin olma ehtimalı var".
Politoloq bildirib ki, Qarabağda separatçı rejim ünsürləri ilə Ermənistan ordusu arasında qanlı hesablaşma da göz önündə tutulmalıdır:
"Belə bir siyasi şərtlər altında Ermənistanın yeganə çıxış nöqtəsi Azərbaycanla, bütün tələbələrimizi qarşılayacaq sülh müqaviləsi imzalamaq ola bilər. Sözsüz ki, Putin-Paşinyan görüşündə bu məsələlər geniş müzakirə olunacaq.Rusiyanın sülh müqaviləsinə əngəl törədəcəyi inandırıcı görünmür. Kifayət qədər başı dərddə olan Rusiya Ermənistanda siyasi gərginliyin nəzarətdən çıxmasında maraqlı olmamalıdır. Hal-hazırda Rusiya danışıqlar prosesindən kənarda qalmamağa çalışır və imzalanacaq sülh müqaviləsində rol almaq istəyir".
Şəbnəm Mehdizadə, 
KONKRET.az

Siyasi       Tarix: 19 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum cəbhədən xəbərlər sonxeber.az sou biznes