Rusiya istəsə belə müharibə dayanmayacaq – Politoloq
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə üç aydan çoxdur ki, davam edir. Bu müddət ərzində minlərlə günahsız insan həyatını itirib. İndiyə kimi Ukraynalılar öz torpaqları uğrunda müqavimət göstərsə də Rusiya bəzi əraziləri işğal edə bilib. Bu günlərdə isə Rusiya qoşunlarının Donbasın kəndini ələ keçirməsi xəbəri yayılıb. Belə ki, rus hərbçiləri Severodonetsk və bir sıra digər yaşayış məntəqələri istiqamətində irəliləyərək Donetsk vilayətinin Baxmut rayonunun Mednaya Ruda kəndini ələ keçiriblər.
Bununla Rusiya demək olar ki, müharibənin əvvəlində qeyd etdiyi Donbasla bağlı istəyinə nail olub. Belə olan təqdirdə müharibə davam edəcək, yoxsa Kreml yeni ərazilər işğal etmək niyyətindədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya istəsə belə müharibə dayanmayacaq:
"Hadisələrin gedişatı göstərir ki, Rusiyanın müharibəni davam etdirməyə kifayət qədər gücü var. Kreml yalnız iqtisadi cəhətdən çöküş yaşadığı zaman müharibəni dayandıra bilər. İndiki halda isə Rusiyanın iqtisadi gücü müharibə aparmağa qadirdir. Düzdür, yayılan məlumatlara görə rusların hərbi texnika çatışmazlığı var. Canlı qüvvə də azdır. Artıq 50 yaşadək olan mütəxəssislər orduya cəlb olunur. Müharibənin ilkin dövründə Putin Donetsk və Luqanskın ərazilərini Ukraynadan "təmizlədikdən" sonra əməliyyatlara son verəcəyini söyləyirdi. Beynəlxalq ictimaiyyət və Ukrayna isə Rusiyanın irəli sürdüyü bu şərtlərin heç birinə razılıq vermədi. Bu o deməkdir ki, Rusiya istəsə belə müharibə dayanmayacaq".
Politoloqun fikrincə, Ukraynanın şərtləri təmin olunana qədər hərbi əməliyyatlar davam edəcək:
"Ukrayna lideri və digər rəsmiləri dəfələrlə işğalçının öz torpaqlarından çıxana qədər müharibənin davam edəcəyini açıqlayıb. Ötən gün NATO-nun baş katibi Yens Stoltenberqin verdiyi bəyanat onu deməyə əsas verir ki, müharibə hələ uzun müddət davam edəcək. Ukraynanın şərtləri təmin olunana qədər hərbi əməliyyatlar davam edəcək. Ona görə də Rusiya üçün ciddi problemlər gözlənilir. Hətta müvəqqəti atəşkəs əldə olunsa belə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalacaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun