Rusiya Mariupol ssenarisini Donbasda davam etdirir - AÇIQLAMA
Ukraynada gedən müharibə bütün dünya dövlətləri üçün ciddi təhdidə çevrilib. Rusiyanı dayandırmaq üçün müxtəlif addımlar atılsa da, hələlik heç kim buna nail ola bilməyib. Hərbi kulislərdə və mətbuatda yayılan məlumatlara görə, əməliyyatlar yaxın vaxtlarda bitməyəcək. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edəcəyini söyləyib. O qeyd edib ki, Putin öz mövqeyindən geri çəkilmək və təcavüzkar niyyətlərindən əl çəkmək istəməyəcək.
Maraqlıdır, müharibə həqiqətən də Ukrayna rəsmisinin dediyi kimi qışa qədər davam edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Kreml Luqansk və Donetsk vilayətlərini tam işğal etmək istəyir:
"Luqansk vilayətinin 95 faizi Rusiyanın nəzarətinə keçib. Ukraynalılar özü də bunu etiraf edir. Ölkə rəsmiləri bildirir ki, Donbas bölgəsində Rusiya üstünlüyü ələ alıb. Bu gündən etibarən Ukraynanın bir neçə böyük şəhərləri yenidən bombalanmağa başlayıb. Görünür, Rusiya Mariupol ssenarisini Donbasda da davam etdirir. Kreml Luqansk və Donetsk vilayətlərini tam işğal etmək istəyir. Əgər kəşfiyyat idarəsinin nümayəndəsi müharibənin qışa qədər davam edəcəyini söyləyirsə bu, ciddi məlumatdır və dediklərində həqiqət ola bilər. Prezident Volodimir Zelenskinin çıxışları da onu göstərir ki, Ukrayna çətin vəziyyətdədir. O öz çıxışlarında dövlətlərdən hərbi yardım və silah istəyir. ABŞ Ukraynaya uzun məsafəli raketlər verəcəyini söyləyib. Lakin hərbi ekspertlər bildirir ki, artıq bunun üçün çox gecdir. Həmin raketlər müharibənin əvvəlində Ukraynaya verilməli idi".
Politoloqun fikrincə, Avropanın başqa alternativi olmadığına görə, Rusiya qazından imtina edə bilməyəcək:
"Rusiyanın ilkin hədəfi Donbası tam işğal etmək idi. Putin bu niyyətinə çatdı. Yəqin ki, Rusiya müharibəni dayandırmayacaq. Müharibədən təkcə Rusiya və Ukrayna deyil, bütün dünya əziyyət çəkir. Qlobal iqtisadi çöküş yaşanır. Lakin Rusiya hərbi əməliyyatların başladığı ilk günlərdən indiyə kimi 50 milyard avro pul qazanıb. Avropa hələ də Rusiyadan qaz almağa davam edir. Görünür Avropanın başqa alternativi yoxdur və Rusiya qazından imtina edə bilməyəcək. Bu isə Rusiya iqtisadiyyatının təməl sütunudur. Belə olan təqdirdə Rusiya üçün ciddi iqtisadi təhlükə yoxdur".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun