Rusiya Müdafiə Nazirliyi də ordumuzun irəlilədiyini təsdiqlədi
Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etdiyini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin "yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını" açıqlayıb.
Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib.
Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı "böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və təxribatların qarşısını almaq üçün tədbirlər görür".
"Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb"-məlumatda belə bir cəfəng iddia əksini tapıb.
Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də "martuni" yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir