Rusiya NATO ilə birgə hərəkətə keçəcək - 10 ildən sonra...
Pakistanda "AMAN-2021" beynəlxalq hərbi təlimləri keçiriləcək.
Publika.az xəbər verir ki, təlimlərdə Pakistan Hərbi Dəniz Qüvvələri və Rusiya Qara Dəniz Donanmasının gəmiləri, həmçinin Böyük Britaniya Kral Donanması, ABŞ Donanması, Çin Xalq Respublikasının Donanması, Yapon Hərbi Dəniz Müdafiə Qüvvələri, Türk Hərbi Dəniz Qüvvələri, Filippin Hərbi Dəniz Qüvvələri, Şri-Lanka Donanması və İndoneziya Donanması, Malayziya Krallığı Hərbi Dəniz Qüvvələri iştirak edəcək.
Təlimlərdə iştirak 30-dan çox ölkənin nümayəndələri tərəfindən təsdiqlənib. Bunlardan 10-a yaxını öz donanmasını göndərəcək, qalanları rəsmi müşahidəçilər ezam edəcək.
Təlimlər gələn ilin fevralında Karaçi sularında keçiriləcək.
"AMAN-2021" təlimlərinin məqsədləri dənizdəki təhlükəsizlik və sabitlik naminə iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, eyni zamanda, intensiv gəmiçilik sahələrində dəniz quldurluğu təhdidlərini dəf etmək üçün dənizçilər arasında təcrübə mübadiləsi aparmaqdır.
Qeyd edək ki, son dəfə Rusiya Donanmasının gəmiləri Şimali Atlantika İttifaqının (NATO) gəmiləri ilə birlikdə 2011-ci ildə "Bold Monarx" təliminin bir hissəsi olaraq İspaniya sahillərində işləmişdi.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək