"Rusiya ölkəmizə yeni qüvvələr toplayır" - Zelenski Norveçdən KÖMƏK İSTƏDİ
"Rusiya ölkəmizə yeni qüvvələr toplayır".
KONKRET.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Norveç parlamentinə müraciətində deyib.
Zelenski Norveç hakimiyyətindən Ukrayna Silahlı Qüvvələrini zirehli texnika və artilleriya sistemlərini məhv etmək üçün vasitələrlə təmin etməyi xahiş edib.
Prezident Volodimir Zelenski Norveçdən Ukraynaya gəmi əleyhinə silahlar, "Harpun" raketləri və hava hücumundan müdafiə sistemləri verməsini istəyib.
"Müharibə davam edir. Rusiya bizi məhv etməyə, ukraynalıları qırmağa davam etmək üçün torpaqlarımıza yeni qüvvələr ötürür. Biz müharibəni dayandırmaq üçün daha çox iş görməliyik. Əsas silahdır. Mən konkret danışacağam. Biz insanlarımızı, konkret şəhərləri itiririk, onlar dağıdılır. Ona görə də mən bizə lazım olanları, xüsusən də gəmi əleyhinə silahları, "Harpun" raketlərini, eləcə də NASAMS hava hücumundan müdafiə sistemlərini bildirmək istəyirəm. Bundan əlavə, zirehli texnikaları, artilleriya sistemlərini məhv etmək üçün vasitələrə ehtiyacımız var", – deyə Zelenski vurğulayıb.
"Bizə kömək edə biləcəyiniz bütün silahlar yalnız bizim azadlığımızı qorumaq üçün istifadə olunacaq", – deyə Zelenski yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti