"Rusiya Paşinyana məşhur rəsm əsərinin adındakı bu yanaşmanı sərgiləyir" - Kreml üçün Nikol kimdir? 

Bəzi ehtimallara görə, Paşinyan və komandası Qərbin dəstəyinin yoxluğunu dərk etdikdən sonra Ermənistanı Kremlin qanadı altına qaytarmaq qərarına gəlib. Bunu Paşinyanın Paraddakı iştirakı da bir növ sübuta yetirir. Bəs görəsən, Paşinyanın Qərbdən üz çevirib Rusiyaya meyl etməsi mümkündürmü? Əgər bu, baş versə, hazırkı Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq fonunda rəsmi Bakıya necə təsir göstərə bilər? 
Mövzunu KONKRET.az-a millət vəkili Elçin Mirzəbəyli şərh edib:
"Vəziyyətə uyğun siyasət yürütmək Ermənistanın bütün hakimiyyətləri üçün adekvatdır. Daha öncə biz bunu Sərkisyanın timsalında da görmüşük. Yəni o, birbaşa Rusiyanın vassalı missiyasını yerinə yetirməsinə baxmayaraq, Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq arzusuna düşmüşdü. Paşinyan da indiki şəraitdə vəziyyətə uyğun davranır. Bu, Ermənistanın iqtisadi maraqlarına uyğun bir yanaşma tərzidir. Çünki ölkə iqtisadiyyatı Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmaq mexanizmi üzərində qurulub. Yəni təkrar ixrac vasitəsi ilə Ermənistan özünün maliyyə problemlərini həll etməyə çalışır. Bunun alternativi olaraq Aİ-nin Ermənistana hansısa ciddi dəstəyini müşahidə etmirik".
Millət vəkilinin sözlərinə görə, indiki halda Paşinyan vəziyyətdən istifadə etmək niyyətindədir:
"Yəni Ermənistan baş naziri Rusiya və Azərbaycan arasında yaranan müəyyən anlaşılmazlıqlardan öz maraqları naminə yararlanmaq istəyir. Amma bunun ciddi və effektiv nəticə verəcəyini gözləmək lazım deyil. Çünki Ermənistanın hazırda bölgədə cərəyan edən hadisələrə aktiv şəkildə təsir göstərmək imkanı yoxdur. Məşhur rəsm əsərinin adı ilə desək, Rusiya Paşinyana "Yolunu azmış övladın" qayıdışı münasibətini sərgiləyir. Belarusla münasibətin olmayacağını bəyan edən Paşinyan Lukaşenkonun yanında otuzduruldu. Bu, Paşinyana yanaşmanın göstəricisidir. Rusiyaya Paşinyanın dəvət olunması statistikanı tamamlamaq xətrinə lazım idi. Ermənistan baş naziri isə statistik göstərici kimi orada iştirak etdi. Burada məsələyə fərqli konteksdən yanaşmaq doğru deyil".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 13 may 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 son xabar cəbhədən görüntülər valyuta mezennesi banklar