Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - 'HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏ

Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - 'HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏ"Separatçıların Azərbaycanı tərk etməsi bir çox mətləblərdən xəbər verir".
Xəbər verdiyimiz kimi Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Məntəqədən 60-a yaxın şəxsin sərbəst şəkildə keçid etdiyi bildirilir. 
Məlum olub ki, onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Eyni zamanda həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - 'HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏMövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Elman Məmmədov açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın  arxasından bu oyunları çevirməyə  2020-ci ilin noyabrdan başlayıb:
"Ermənilərin arzusu ilə onlara Rusiya vətəndaşı pasportu paylanılıb. Sonra nədənsə ya ermənilər istəmədilər, ya da onlar bu prosesi dayandırdılar. İndi də qaçıb gedirlər. Təbii ki, onların içərisində rus yoxdur, hamısı ermənidir. Separatçıların getməyi bir çox mətləblərdən xəbər verir. Ola bilsin ki, ruslar xoşa gəlməz bir vəziyyət yaradacaqlar, ona görə də öz vətəndaşlarını tədricən ərazidən kənarlaşdırırlar. Ya da həmin adamlar artıq başa düşürlər ki, yolun sonuna çatıblar. Onların buradakı fəaliyyətinə artıq son qoyulub".
Elman Məmmədov hesab edir ki, artıq Qarabağdakı ermənilər üçün iki seçim var:
"Birinci seçim - Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşasınlar. İkinci seçim isə, ərazimizi tərk edib, çıxıb getsinlər. Bu Azərbaycan dövlətinin qarşıya qoyduğu tələbdir. Azərbaycan heç kimi zorla çıxarmır. Təklif verib ki, vətəndaşlığı qəbul etsinlər.  Azərbaycan dövləti ərazisində başqa ölkənin vətəndaşı kimi yaşamaq istəyənlər  üçün yol açıqdır. Görünür köç başlayıb, ümid edirik ki, sayları daha çox olacaq".
azxeber.com-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov isə düşünür ki, Vaqif Xaçaturyanın aqibətini öz üzəridə hiss edən terorçular geci-tezi Azərbaycan qanunları ilə mühakimə olunacaqlar:
Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - 'HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏ"Son zamanlar bir ovuc xunta rejminin nümayəndəsinin Qarabağda yaşayan erməni vətəndaşlarımızı girov saxlaması, onların qərar vermələrinə şərait yaratmamaları, xof yaratmaları erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mənfi təsir göstərməkdədir. Belə ki, Bakıda və digər şəhərlərdə təklif olunun görüşlər hələlik cavabsız qalıb. Vaqif Xaçaturyanın aqibətini öz üzəridə hiss edən terorçular geci-tezi Azərbaycan qanunları ilə mühakimə olunacaqlar. Çünki onların əli azərbaycanlı insanların qanına batıb. 60-a yaxın Rusiya pasportu olan şəxsin Xankəndi və ətraf bölgələrdən ərazimizi tərk etməsi onu deməyə əsas verir ki, artıq bu təhlükənin yaxında olduğu hiss edirlər. Buna görə də, zamanında Azərbaycanı tərk etmək qərarı veriblər. Onları hansı aqibətin gözlədiyinin fərqinə varıblar". 
Deputat qeyd edib ki, ermənilər Xankəndində tələm-tələsik öz obyeklərini satışa çıxarmağa başlayıblar:
"Xankəndi və ətraf ərazilərdə evlərin qiyməti aşağı düşüb. "Telegram" kanallarda şəhərdə "Asan Xidmət" in olacağını, Azərbaycan qanunlarının  işləyəcəyini bildirirlər. Vaxtıdan oranı tərk etməli olduqlarını söyləyirlər. Amma sadə insanlar anlayırlar ki, onlar Azərbaycan qanunları, bayrağı altında firəvan yaşaya biləcəklər. Azərbaycan tərəfi səbrlə bu yolla gedir və Qarabağdakı erməni vətəndaşlarımızın reinteqrasiya olması  üçün vacib addımlar atır". 
Şəbnəm Zahir

Siyasi       Tarix: 23 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli qarabag ən son xəbər