Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir

Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyirRusiyanın hakim "Vahid Rusiya" partiyasının növbəti qurultayı keçirilib.
Qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı olub.
Rusiya Prezidenti Vladimir Putin qurultayda çıxışı zamanı partiyanın siyahısına liderliyə namizədlərin adını təklif edib.
Rusiya dövlət başçısı hesab edir ki, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Rusiya prezidentinin uşaq hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi Anna Kuznetsova, "İstedad və Uğur" təhsil fondunun rəhbəri Yelena Şmeleva və Kommunardakı xəstəxananın rəhbəri Denis Proçenkonun adı Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın federal siyahısında lider olmalıdır.
Putin Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedevin adını çəkməyib. Dmitri Medvedev 2011 və 2016-cı il seçkilərində siyahıya başçılıq edirdi, siyahının federal hissəsində isə tək namizəd göstərilmişdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin sentyabrın 19-na təyin edilməsi barədə Fərman imzalayıb.
Dövlət Dumasına seçkilər 17-dən 19-dək, saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək hüququ olan 32 partiya siyahılarını iyulun 13-dək Mərkəsi Seçki Komissiyasına təqdim edə biləcəklər. Seçkilərin üç gündə keçirilməsi sanitar-epidemioloji vəziyyətlə bağlıdır.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 5 il müddətinə formalaşdırılır. Palatada 225 yer partiya siyahılarına uyğun, 225 yer isə birmandatlı dairələr üzrə tutulur.
///Report

Siyasi       Tarix: 20 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda kriminal bugun son xeberler az hava proqnozu