"Rusiya Qarabağ ərazisində öz hərbi bazasını saxlamaq istəyir"
"Yaxın Şərqdəki münaqişə dünyanın ictimai-siyasi həyatına birbaşa təsir edir. Eyni zamanda bir çox məqamlarda müharibənin təsiri region dövlətlərində daha çox hiss olunur".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, İsrail-HƏMAS qarşıdurması xüsusi ilə Cənubi Qafqaz regionuna təsir edir:
"Bu, ilk növbədə Zəngəzur dəhlizi ilə bağlıdır. Həm də Yaxın Şərqdəki müharibə Zəngəzur dəhlizinin perspektivini də ortaya çıxarıb. Çünki Baharat dəhlizi təhlükəsizlik problemilə bağlı artıq gündəmdən düşüb. Həmçinin İsrail Cənubi Qafqazdakı fəaliyyətindən yayınaraq konkret olaraq öz təhlükəsizliyinin hayına qalıb".
Rusiya sülhməramlılarının fəaliyyətinə toxunan M.Əsədullazadə bildirib ki, antiterror tədbirlərindən sonra onların bölgədə qalması, ümumiyyətlə, məqbul deyil: "Onların üzərinə düşən iş artıq başa çatıb. Ruslar yalnız atəşkəsi təmin etmək üçün gəlmişdilər və antiterror tədbirlərindən sonra erməni silahlı birləşmələri ləğv olunub və onların burada qalmasına heç bir ehtiyac yoxdur. Düzdür, Rusiya çalışır ki,sülhməramlılar yeni situasiyaya adaptasiya olunsun. Amma Qarabağda nə erməni vətəndaşları qalıb, nə də qeyri qanuni silahlı birləşmələr. Ona görə də, onların qalmasını Azərbaycan qəbul etməyəcək. Ola bilər ki, proses 2025-ci ildən daha tez başa çatsın. Çünki artıq sülhməramlılar bəzi postlarını söküb Xocalıdakı bazalarına toplaşıblar. Əgər onlar qalacaqsa, bu o deməkdir ki, Rusiya Qarabağ ərazisində öz hərbi bazasını saxlamaq istəyir. Amma Azərbaycan bununla razılaşmayacaq".
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ