Rusiya Qarabağda son zərbəni alacaq - Gərginlik artır

Rusiya Qarabağda son zərbəni alacaq - Gərginlik artır"Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda sülhə əngəl törədir. Baş nazir Nikol Paşinyanın hələ ötən il Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı da siyasi manipulyasiyadan başqa bir şey deyil. Bu cür imitasiyalardan istifadə edən Paşinyan Azərbaycana ərazi iddiasının olmaması görüntüsü yaratmaqla məşğuldur. Bununla belə, onun sülhə qarşı dirəniş göstərməsi və Qarabağda separatizmi dəstəkləməsi bölgədə müharibə riskini artırır".
Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Rusiya Qarabağda son zərbəni alacaq - Gərginlik artırƏlavə edib ki, Nikol Paşinyanın "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyi ilə bağlı müraciəti sülhə qarşıdır və regional təhlükəsizlik seqmentinə təhdidlər yaradır:
"Eyni zamanda, Nikol Paşinyan bir müddət öncə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Ardınca Paşinyan İrəvanda müsahibəsində və Reykyavikdəki çıxışında bu haqda geniş auditoriyanı məlumatlandırdı. Bununla da Brüssel görüşünün nəticələri uğurlu hesab olundu. Belə bir təəssürat formalaşırdı ki, Azərbaycan və Ermənistan sülhün bir addımlığındadır, çətin vəzifənin öhdəsindən gəlmək mümkün olub. Lakin Paşinyanın məhz separatçılara ünvanlanan müraciətində aqressiv ritorika hiss olunmaqdadır. Bu, "Qarabağ Ermənistandır və nöqtə" fikirlərini yada salır. Paşinyan hakimiyyətə gəldiyi ilk illərdə məhz bu cür ritorikadan istifadə edirdi. Ardınca İkinci Qarabağ müharibəsi nəticəsində sarsıdıcı məğlubiyyətə uğradı. Belə görünür ki, müharibənin nəticələrindən özü üçün müəyyən qənaətlərə gələ bilməyib və yenidən bu revanşist ideologiya, işğalçı təfəkkür özünü göstərməkdədir".
Politoloq hesab edir ki, Baş nazir sülhün alternativi olmadığını anlamalıdır, çünki yeni müharibə ilə Ermənistan heç nəyə nail ola bilməyəcək:
"Dövlət büdcəsindən separatçılığın təşviq olunmasına ayrılan vəsaitlər dayandırılmalı və öhdəliklər yerinə yetirilməlidir. Regionun demilitarizasiya prosesi baş verməlidir. Lakin bunlar olmadığı təqdirdə sülhdən danışmaq hələ tezdir".
İ.Hüseynov qondarma rejimdə baş verən dəyişikliklərə də toxunaraq bildirib ki, Araik Arutyunyanın istefasından sonra yeni gələn qüvvə Paşinyana opponentlik edir:
"Araiki əvəz edən şəxs müxalifəti təmsil edir, Rusiya meyllidir. Keçmiş prezidentlər Sarkisyanla Koçaryanın fəallaşmasının arxasında da bu amil dayanır. Son nümayişlərdə revanşist açıqlamaları, bəyanatlarıyla gündəmə gələn eks-prezidentlər Qarabağdakı qondarma rejimin hazırkı rəhbərliyini dəstəkləyirlər. Separatçıların arasından rəhbərliyə gələn şəxs həm də Arkadi Qukasyanı və Bako Saakyanı təmsil edir, onların yürütdüyü xətt üzrə müəyyən təlimatları yerinə yetirir. Belə qənaətə gəlmək olar ki, Rusiya yaranan vəziyyətdən maksimum istifadə etməyə səy göstərir. Əlbəttə, Nikol Paşinyan bütün bunları nəzərə almalıdır.
Eyni zamanda, Paşinyan sonuncu müsahibəsində Rusiyanın Cənubi Qafqazı tədricən tərk etməsi fikirlərini bildirib. Bununla Rusiya-Ermənistan münasibətlərində gərginlik yaranması istisna edilmir. Çünki XİN səviyyəsində də, qurumlar arasında da artıq kəskin uçurumlar özünü göstərməkdədir. İndi qarşılıqlı ittiham dolu bəyanatlar bir-birini əvəz etməkdədir. Həm Ağdam-Xankəndi yolunun işə düşməsi, həm də Azərbaycanın qanunvericiliyi çərçivəsində Laçın yolundan yüklərin göndərilməsi, bütün bunların prosedur qaydalara uyğun həyata keçirilməsi regional sülhə təsir edə bilər", – deyə vurğulayan politoloq əlavə edib ki, lakin biz atəşkəs rejiminin mütəmadi pozulduğunu, gərginlik yaradılmasını, Ermənistan hakimiyyətinin sülhdən boyun qaçırdığını və müxtəlif geopolitik aktorlar hesabına müəyyən mövqe nümayiş etdirdiyini müşahidə edirik".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 04 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən canlı butun xeberler ən son xeberler xəbər az