Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə EHTİYACI VAR 

Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə EHTİYACI VAR ABŞ və Türkiyə münasibətləri Rusiya-Ukrayna müharibəsi fonunda yeni mərhələyə qədəm qoyur. Qardaş ölkənin regionda və dünyada söz sahibinə çevrilməsi yeni reallıqlar formalaşdırıb. Çünki Türkiyə daima etibarlı tərəfdaş kimi öz sözünü deməyi bacarıb. ABŞ məsələnin fərqindədir və adekvat addımlar atmağa başlayıb.
Belə ki, bu günlərdə Bayden administrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib. Məlumata görə, həmin sənəddə F-16 təyyarələri ilə yanaşı çox sayda döyüş sursatlarının Türkiyəyə verilməsi yer alır. Sənədin yaxın aylarda Konqresə göndərilməsi nəzərdə tutulur.
Baydenin bu qərarı əslində nədən xəbər verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, Bayden Türkiyənin regionda əhəmiyyətini dərk edir:
"Bayden administrasiyanın bu fikri əslində Konqresin nəbzini yoxlamaq üçün irəli sürülən bir təklifdir. Burada söhbət F-16 təyyarələrinin və kiçik çaplı silahların Türkiyəyə verilməsi ilə bağlı qeyri-rəsmi icazədən gedir. ABŞ görür ki, Rusiya ilə Ukrayna müharibəsində bütün problemlərə rəğmən Türkiyə Ukraynaya silah verməkdən vaz keçmədi. Böyük ölçüdə baxsaq Türkiyə müharibədə mühüm rol oynadı".
Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə EHTİYACI VAR Politoloqun fikrincə, Rusiya qarşısında ABŞ-ın yeni və güclü müttəfiqə ehtiyacı var:
"Türkiyə isə onun köhnə müttəfiqidir. Rusiyaya qarşı ABŞ-ın yeni müttəfiqləri Şərqi Avropa ölkələridir. Lakin ABŞ-la Şərqi Avropa dövlətinin müttəfiqliyi Türkiyə qədər uğurlu deyil. Rusiyanın yaxşı tanıyan, onun maraqlarına yaxından bələd olan və onunla adekvat dildə danışan yeganə ölkə Türkiyədir. Mart ayında ABŞ XİN Türkiyə ilə münasib şəkildə müdafiə və ticari əlaqələrinin qurulmasında maraqlı olduqlarına dair məktub göndərib. Çünki indiki reallıqlar çərçivəsində ABŞ Türkiyə kimi güclü dövlətlə müttəfiqlik etmək istəyir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 13 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat