Rusiya-Türkiyə qaz qovşağı bu bölgədə TİKİLƏCƏK
Ekspertlər Türkiyədə qaz qovşağının layihələndirilməsi və tikintisini qiymətləndirməyə başlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı mənbə bildirib:
"İş gedir. Layihələndirmə, tikinti və marketinq üçün smeta tələb olunur. Aidiyyatı idarələr prezidentlərin tapşırıqlarını yerinə yetirir. Proses iki ölkə liderlərinin nəzarətindədir".
Onun sözlərinə görə, mərkəz Trakya bölgəsində tikilə bilər.
"Cənab Prezidentin artıq qeyd etdiyi kimi, Trakya münasib yerdir. Bu, layihənin ideyasına uyğundur. Tərəflərin razılığı ilə bu, ən məqbul variantdır", – deyə mənbə bildirib.
Qeyd edək ki, qaz qovşağının yaradılmasını Rusiya Prezidenti Vladimir Putin oktyabrın 13-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə təklif edib. Ölkələr Rusiya qazının Türkiyədəki qovşaq vasitəsilə Avropaya yönləndirilməsi ilə bağlı razılığa gəliblər.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü