Rusiya-Ukrayna müharibəsi dünyada nüvə arsenallarının böyüməsinə yol açır
Qlobal nüvə arsenalının soyuq müharibədən sonra ilk dəfə artacağı gözlənilir.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) analitik mərkəzi bildirib.
Bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin Kiyevə dəstəyi dünyanın 9 nüvə dövləti arasında gərginliyi artırıb.
SIPRI-nin məlumatına görə nüvə gücləri tərəfindən təcili tədbirlər görülməsə, döyüş başlıqlarının qlobal ehtiyatları onilliklər ərzində ilk dəfə artacaq.
"Nüvə dövlətlərin hamısı öz arsenallarını artırır və ya inkişaf etdirir. Onların əksəriyyəti nüvə ritorikasını və nüvə silahlarının hərbi strategiyasında oynadığı rolu kəskinləşdirir. Bu, çox narahatedici tendensiyadır", – İnstitutun Kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq deyib.
Belə ki, Ukraynada müharibənin başlamasının üçüncü günündə Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Qeyd edək ki, Rusiya ümumilikdə 5977 döyüş başlığı ilə dünyanın ən böyük nüvə arsenalına malikdir ki, bu da ABŞ-dan 550 ədəd çoxdur.
Mərkəzin məlumatına görə, nüvə başlıqlarının qlobal sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb.
İqbal Rzayev,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?