Rusiya Ukraynada "referendum hüququ" tələb edir – Kiyevdən REAKSİYA
Ukrayna Prezident Administrasiyasının müşaviri Mixaylo Podolyak, Rusiyanın İstanbul danışıqları zamanı irəli sürdüyü şərtlərdən birinin Ukrayna ərazisində referendum keçirmək hüququnun beynəlxalq sülh razılaşmasına salınması olduğunu bildirib.
KONKRET.azxəbər verir ki, Podolyakın sözlərinə görə, Moskva bu yolla gələcəkdə yeni əraziləri işğal edib onları Rusiya tərkibinə qatmaq niyyətindədir.
"Bu, tamamilə aydındır. Rusiya bu yolla təcavüzünü qanuniləşdirmək istəyir. Ukrayna bu tələbləri qeyri-realist və qəbuledilməz hesab edir," – deyə Podolyak qeyd edib.
Onun sözlərinə görə, bu cür yanaşmalar nə müharibəni dayandıra, nə də danışıqlar üçün real zəmin yarada bilər. Kiyev mövcud sərhədlər daxilində ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini dəfələrlə bəyan edib.
Xatırladaq ki, 2022-ci ildə Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan "referendumlar" keçirərək həmin əraziləri öz ərazisinə birləşdirdiyini elan etmişdi.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?