"Rusiya Ukraynaya atom bombası atacaq" - ŞƏRH

Ermənistanın Ukrayna və Rusiyadakı səfirləri mübahisə ediblər. Ukraynadakı səfir Vladimir Karapetyan Paşinyana məsləhət görüb ki, Nikol təcili surətdə Kiyevi dəstəkləsin. Çünki bir neçə aydan sonra Ukrayna Rusiyanı məğlub edəcək. Onun bu bəyanatı Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanın pisinə gəlib:
"Xəstələrə tövsiyə edərdim ki, çıxış etməsinlər. Rusiya heç bir halda uduzmayacaq, əgər məğlubiyyət qaçılmazlaşsa, Kreml nüvə silahından istifadə edəcək".
KONKRET.azsözügedən mübahisənin şərhinə erməni sərsəmliyi və ikiüzlüyü ilə başlamaq istəyir.
– Ukraynadakı Vladimirlər Volodimir olub və Karapetyan adaşı Zelenskinin digər adaşı Putini məğlub edəcəyinə inanırsa, əvvəlcə öz "vova"sını düzəltsin, yuvasını sonra qurar;
– Ermənistan Rusiyanın forpostudur. Bu ölkənin Ukraynadakı səfiri isə diplomat sayıldığından müəyyən savadı olmalıdır. Məgər o bilmir ki, Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və KTMT üzvüdür? Sonuncu təşkilata hazırda sədrlik edən İrəvan Moskvaya qarşı necə çıxsın? Nikol heç 4 ildir ki, MDB-dən başqa sadaladığımız 2 təşkilatdan çıxa bilmir. Qərbin adamı olmaqla deyil, belə sərbəstliklər müstəqil ölkələrə aiddir. Məsələn, Azərbaycan MDB üzvü olsa da, Aİİ və KTMT-yə daxil deyil. Buna görə də Rusiya ilə əməkdaşlığa paralel Ukraynaya humanitar yardım göndərir. Xarici və daxili siyasətində azaddır. Ermənistan isə Kremlin başqasına ərə getmək istəyən kənizi kimidir.
– Digər tərəfdən, Ermənistanın Ukraynadakı səfirinin bəyanatında ikiüzlülük sezilir. Adam rəsmən Paşinyana deyir ki, "Ermənistanı yaradan Rusiya çökəcək, gec olmadan Ukrayna tərəfə keç". Keçisaqqalın otlaq yerini dəyişməyi isə çobanından asılıdır. Və o, bunu unudub.
– Karapetyanın bəyanatı Rusiyadakı səfir Arutyunyanın "çest"inə toxunub. Paşinyan siyasi xəttinin bir diplomatı digərinə xəstə deyib. İndi bildiniz, Paşinyanın bəyanatlarının önünə niyə sərsəm sözü əlavə edirik? Ermənistanda vahid idarəçilik kimi vahid siyasi xətt də yoxdur. İrəvanın mövqeyi səfirlərinin fəaliyyətində hiss olunmur. Karapetyan Zelenski strategiyasını, Arutyunyan isə Putinin atom hədəsini dəstəkləyir. Paşinyandan ayın tarixini soruşan da yoxdur;
– Vaqarşak Arutyunyan öncə Kremlin heç bir halda məğlub olmayacağını deyib bir vergül qoyaraq "əgər" əlavəsilə Rusiyanın məğlub olacağı təqdirdə nüvə silahına əl atacağını bildirirsə, onun da Putin sevgisi, inamı Akopyanın Paşinyana sədaqəti səviyyəsindədir. Yəni möhkəm deyil.
Nüvə təhdidi qalıbmı?
Rusiya-Ukrayna savaşı başlayandan bir neçə ay sonra Medvedevin timsalında Kreml nüvə təhdidlərinə başladı. Səbəb Rusiya ordusunun itkiləri, reklam olunduğu qədər güclü olmamasıdır. Həm də Zelenskinin arsenalı Qərb tərəfindən dolu saxlanılır, Rusiyanın II Dünya savaşından bəri topladıqları isə azalmaq üzrədir. Ölkənin sanksiyalar altında olması yeni silah istehsalını çətinə soxur. Çünki büdcədəki pul kasıblayan əhali yox, orduya xərclənsə, Qorbaçovun xalını qızardan etiraz aksiyaları Putinin də halını və ya iqamətgahını məhkəmə zalına dəyişəcək. Kiyev rusun nüvə blefinə inanmır, baxmayaraq ki, ölkə raket zərbələri ilə yatıb-durur. Həmçinin, Ukrayna Çernobıl nüvə fəlakətini görmüş ölkədir. Yaponiya kimi Ukrayna da atom növbəsindən çıxıb. Sadəcə, Rusiya Lenin movzoleyinə qısılıb qalıb. Çünki Kremlin nə vaxt çökəcəyinə Pyotrun vəsiyyətləri yox, Arturun qılıncı qərar verəcək.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 30 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari xeberler azerbaycan cəbhədən görüntüleri ensonxeberler