Rusiya XİN: Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq
Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir.
"Biz sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, ümumi sərhədin delimitasiyası və humanitar məsələlərin tərəfdaşlar üçün məqbul olan həddə və formada həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır.
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya meydançasını təqdim etmək təklifimizi təsdiq edirik", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
//APA / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir