Rusiya XİN-dən Azərbaycanda seçkilərlə bağlı açıqlama

Rusiya XİN-dən Azərbaycanda seçkilərlə bağlı açıqlamaRusiya Xarici İşlər Nazirliyi Azərbaycanda prezident seçkilərinin uğurla keçirilməsini alqışlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir. Bildirilib ki, Rusiya müttəfiqliyin gücləndirilməsində maraqlıdır.
Bəyanatda deyilir:
"Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı İlham Heydər oğlu Əliyev inamlı qələbə qazanıb, onun lehinə seçicilərin 92,12 faizi 76,73 faiz fəallıqla səs verib. Ümumilikdə ölkədə 6,5 milyon seçici üçün 6537 seçki məntəqəsi açılıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefon danışığı zamanı İlham Əliyevi səmimi-qəlbdən təbrik edib və təbrik teleqramı göndərib. Qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin dövlətin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi kursun xalq tərəfindən dəstəkləndiyini tam təsdiq edib.
Azərbaycanda seçkiləri 790 beynəlxalq müşahidəçi izləyib. Rusiya Federasiyası 148 nümayəndə göndərib.
MDB-nin baş katibi Sergey Lebedev seçkilərin demokratik iradə ifadəsi prinsiplərinə uyğun olduğunu, böyük seçici fəallığının müşahidə olunduğunu vurğulayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli alternativ əsasda və əlverişli atmosferdə baş tutub. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib".
Rusiya XİN bir sıra müşahidəçilərin qərəzli rəyinə də münasibət bildirib:
"Bütün bunların fonunda Qərb dövlətləri və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünürdü. Onlar öncədən də əvvəlcədən təsdiqlənmiş üsulları tətbiq etməklə seçki prosesini gözdən salmağa çalışırdılar.
Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində üçtərəfli bəyanatların bütün müddəalarının ən yüksək səviyyədə reallaşdırılmasına sadiqdir".

Siyasi       Tarix: 10 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər zelzele ensonxeberler bu gune olan xeberler