Rusiya XİN: "Moskva Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır"
"Rusiya Cənubi Qafqazın sülh və firavanlıq regionuna çevrilməsinin tərəfdarıdır. O, regional istiqamətdəki fəaliyyətində yalnız yaradıcı gündəliyi təbliğ edir və heç kimlə rəqabət aparmaq fikrində deyil".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinqdə deyib.
Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının hansı prinsiplərə əsaslanmalı olduğunu açıqlayıb: "Rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, dəfələrlə vurğuladığımız kimi bütün səylər Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanmalıdır".
O vurğulayıb ki, Rusiya sözügedən bəyanatların müddəalarına uyğun hərəkət edən və onların icrasına töhfə verə biləcək qeyri-regional oyunçuların prosesə qoşulmasına qarşı deyil.
Bununla belə, İ.Neçayev qeyd edib ki, əsas məsələ kimisə zəiflətmək, işini pozmaq üçün təkrara və hansısa oyunlara yol verməməkdir, çünki Rusiya adı çəkilən tərəflərin oxşar hərəkətləri ilə dəfələrlə üzləşməli olub.//Report
Turlar.az [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?