Rusiya xüsusi təyinatlıları HƏRƏKƏTƏ KEÇDİ
Bu gündən Tacikistanın Fəxrabad poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlılarının "Kobalt-2021" birgə təlimləri başlayır.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.
"Mərkəzi Hərbi Dairənin hərbçiləri "Kobalt-2021" KTMT-nin birgə hərbi təlimində iştirak etmək üçün Fəxrabad poliqonuna gəliblər. Təlim noyabrın 19-dək baş tutacaq", - məlumatda deyilir.
Bildirilib ki, hərbçilər Düşənbədən BTR-80 zirehli transportyorları və "Tiger" zirehli texnikası ilə 45 kilometrlik yürüş keçiriblər və bu yürüş zamanı konvoyun döyüş mühafizəsi aspektləri izlənilib, təxribat və kəşfiyyat qruplarının hücumunu və "düşmən"in hava zərbələrini dəf etmək üçün şərti ərazilərdən keçiblər. Təlim zamanı Rusiya hərbçiləri KTMT üzvü olan Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan xüsusi təyinatlı qüvvələri ilə birlikdə əməliyyatın planlaşdırılması və keçirilməsini işləyib hazırlayacaqlar.
Daha əvvəl bildirilmişdi ki, "Kobalt-2021" təlimində KTMT ölkələrindən xüsusi təyinatlılar, daxili işlər orqanları, dövlət təhlükəsizliyi, fövqəladə hallar və narkotiklərlə mübarizə üzrə nazirlik və idarələrin nümayəndələri və kollektiv çevik reaksiya qüvvələri iştirak edəcək. Təlimin məqsədi KTMT regionlarında birgə və əməliyyat-döyüş tədbirlərinin hazırlanması və keçirilməsinin səmərəliliyini artırmaqdır.
Təlimdə Rusiya hərbi kontingentini Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlı dəstəsinin və 201-ci hərbi bazanın kəşfiyyat batalyonunun hərbçiləri təmsil edəcək.
Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın hüdudlarından kənarda yerləşən ən böyük hərbi obyektidir (Mərkəzi Hərbi Dairənin bir hissəsidir). İki şəhərdə - Düşənbə və Qurqonteppada yerləşir. Buraya tank, artilleriya, kəşfiyyat bölmələri, hava hücumundan müdafiə bölmələri, RCB mühafizəsi və rabitə vasitələri daxildir.
Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsi fonunda Rusiya hərbçiləri Tacikistandakı bazanı yeni silahlarla gücləndirmək barədə məlumat yayıblar. Bundan əlavə, Rusiya və onun KTMT üzrə müttəfiqləri Tacikistanda bir sıra təlimlər keçirib.
Akqabay

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi