Rusiyada DƏHŞƏTLİ QƏZA: 2 azərbaycanlı öldü, yaralılar var - FOTO
Zərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.
Publika.az "Report"a istinadla verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub. Qəzada ağır yaralanan şəxsin bir neçə həftə əvvəl toyu olub. Qəzada ölənlərin ikisinin meyitləri Azərbaycan gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn ediləcək.

ABŞ-İran qarşıdurması əslində belə başlayıb – 73 il öncəki gizli əməliyyat
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
Gəncədə yol qəzası olub, xəsarət alanlar var
Batumidə 2 azərbaycanlı narkotik ittihamı ilə tutuldu
Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu
Naxçıvanda yol qəzası olub, yaralı var
Hakan Fidan: Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birliyi bütün dünyaya mesajdır
Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik
Azərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar
Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb
Vuçiç İlham Əliyevə zəng etdi
"Tramp kimdir ki..." - Pezeşkian
İran "tam hazır" vəziyyətinə gətirildi: Böyük müharibə YENİDƏN BAŞLAYIR
SON DƏQİQƏ: Xameneidən Trampa AĞIR ZƏRBƏ - "Baş tutmayacaq"
ABŞ-dən İrana "iqtisadi qəzəb": Çinə gedən tankerlər saxlanıla bilər