Rusiyada dəmir yolu PARTLADILDI - FOTO
Naməlum şəxslər Kursk vilayətində dəmir yolunu partladıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Relslərin zədələnməsini avqustun 24-də səhər saatlarında Klyukva-Kursk hissəsinin relsi altında dəmiryol işçisi görüb.
Hadisə yerinə gələn müstəntiqlərin ehtimallarına görə, onlar təxminən 400 qram ağırlığında əldəqayırma partlayıcı qurğu ilə dəmir yolunu partlatmağa cəhd ediblər.
Zərərçəkən hissədə qatarların hərəkətinin dayandırılmadığı, zədənin kritik olmadığı üçün sürətinin aşağı salındığı dəqiqləşdirilir.
Qeyd olunur ki, Kursk vilayətində dəmir yolunun zədələnməsinə cəhd artıq avqustun 16-da Lqov-Lokinskaya hissəsinin 14-cü kilometri ərazisində edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, relslərin altına trotil ekvivalentində 200 qram ağırlığında partlayıcılar qoyulub.
Avqustun 10-da Lqov-Suca dəmir yolunun 28-ci kilometrliyində də relslərə ziyan dəyib.
Xuraman Etibarlı,
KONKRET.az

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR