Rusiyada fəaliyyət göstərən özəl hərbi şirkətlərlə bağlı QƏTİ QƏRAR
Rusiyada baş verən hadisələr göstərdi ki, hər hansı ölkə ərazisində fəaliyyət göstərən özəl hərbi şirkətlərin müəyyən problemlər yarada bilməsi qaçılmazdır. Rusiyada da artıq bunu başa düşüblər və bu cür təşkilatların müstəsna olaraq ölkə hüdudlarından kənarda işləməsi haqqında düşünürlər.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
Onun sözlərinə görə, ölkə ərazisində əvvəllər Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə müqavilə bağlamış yalnız könüllü təşkilatlar işləyə bilər:
"Qanunla qeyd edilməlidir ki, özəl hərbi şirkətlər yalnız Rusiyadan kənarda işləyə, Rusiya Federasiyasının maraqlarına cavab verən tapşırıqları yerinə yetirə bilər. Rusiya ərazisində yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlamış könüllü təşkilatlar qalmalıdır".
Görünür "Vaqner"in təsisçisi Yevgeni Priqojinin iki gün əvvəl Rusiyada hərbi çevrilişə cəhd göstərməsi ölkə rəhbərliyini bu sahədə ciddi addımlar atmağa məcbur edib. Ukraynadan əvvəl "Vaqner" qrupu Suriyada və Afrikada tapşırıqların yerinə yetirilməsində əhəmiyyətli rol oynayırdı. Bu sahədəki boşluğu doldurmaq üçün iyunun əvvəlində Ukraynada hərbi əməliyyatlarda iştirak edən bütün özəl hərbi şirkətlərə müraciət edən Rusiya Müdafiə naziri onlarla müqavilə imzalamağı təklif edib. Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 1-dək onunla könüllü təşkilatların hamısı müqavilə imzalayacaq. İyunun 23-də isə "Vaqner"in təsisçisi Yevgeni Priqojin Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə hücum etməkdə ittiham edib və üsyana qalxıb. Bundan əvvəl isə Priqojin Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan imtina etdiyini dəfələrlə bildirmişdi.
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi