Rusiyada hərbi qiyamın qarşısı alınacaq, üsyan olmayacaq' - Azərbaycanlı politoloq

Rusiyada hərbi qiyamın qarşısı alınacaq, üsyan olmayacaq' - Azərbaycanlı politoloqXəbər verdiyimiz kimi, Vladimir Putin Rusiyada baş verənlərlə bağlı müraciətində "vaqner"çilərin addımını Vətənə xəyanət adlandırıb. 
O bildirib ki, Rusiyada hakimiyyətin parçalanmasına imkan verməyəcək. 
Rusiyada nə baş verir? Hadisələr prosesin hara getdiyini göstərir?
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov azxeber.com-a açıqlama verib.
Rusiyada hərbi qiyamın qarşısı alınacaq, üsyan olmayacaq' - Azərbaycanlı politoloqO bildirib ki, Rusiyada baş verənlər əslində uzun müddətdir gözlənilən hadisə idi:
""Vaqner"çilərlə Rusiya Müdafiə Nazirliyi arasında əlaqə çoxdan itmişdi. Yevgeni Priqojin aylardır Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərəgah rəisi Gerasimovu vətənə xəyanət və başqa məsələlərdə ittiham edirdi.
 "Vaqner" və  rəhbəri Priqojinin Rusiya prezidenti ilə şəxsi münasibətlərinin yaxşı olması, Rusiyanın xaricdə həyata keçirdiyi bir çox əməliyyatlarda "Vaqner" muzdlularından istifadə edilməsi həmçinin, Rusiyanın  bir sıra gizli kəşfiyyat məlumatlarına malik olduqları üçün Putin səviyyəsində vaqnerçilərə açıq etiraz edilmirdi. Bütün bu baş verənlər nəticədə Rusiyada  artıq uzun müddətdir gözlənilən vaqnerçilərin üsyanına səbəb oldu".
Politoloqun sözlərinə görə, hadisələrin sonunda vaqnerçilər hansısa formada zərərsizləşdiriləcək:
"Düşünürəm ki, Rusiya bu hücumlar qarşısında hansısa hərbi çevriliş ilə faktı ilə üz-üzə qalmayacaq. Eyni zamanda burada ikinci ssenari də mümkündür. Bu da ondan ibarətdir ki, Rusiyanın özündə orduda dəyişiklik olunması istənilir. Ukrayna müharibəsindəki uğursuzluqlara görə Müdafiə Nazirliyi və onun rəhbərliyini vəzifədən uzaqlaşdırmayan Kreml administrasiyası bu yollarla yeni siyasi şou düzəldir. Fikrimcə, Priqojinin bu addımlarının qarşısı alınacaq. Vaqnerçilərin ölkədə üsyanının  hərbi çevriliş prosesinə səbəb olunmasına imkan verilməyəcək. Baş verənlər onu göstərir ki, Rusiyada həm hakimiyyət, həm də ordu içərisində mərkəzdən qaçma meyilləri kifayət qədər güclüdür. Rusiyada ictimai inam, siyasi hakimiyyətə, orduya qarşı olan etimad daha da zəifləyəcək".
Şəbnəm Zahir

Siyasi       Tarix: 24 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər ən son xəbərlər bugün son xəbərlər azərbaycanda krimnal bugun