Rusiyada işləyən miqrantların sayı AZALIB
2022-ci ilin payızına qədər Rusiyada qalan və işləyən miqrantların sayı son illərin ən aşağı göstəricisi olub.
KONKRET.azxəbər verir ki, bu barədə yerli mediaya Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun aparıcı elmi işçisi Yuliya Florinskaya bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiyaya gələn əmək miqrantlarının sayı 2020 və 2021-ci illərlə müqayisədə artıb. Bu tendensiya əsasən karantin məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlıdır.
Eyni zamanda, əmək miqrantlarının ölkəyə girişi 2019-cu illə müqayisədə 15% azalıb.
Ekspert həmçinin bildirib ki, Rusiya əmək bazarında əcnəbi işçilərin payı 2019-cu ildəki 6%-dən 5%-ə qədər enib.
"2022-ci ilin sonunda Rusiyada olan əmək miqrantlarının 98%-i MDB ölkələrindən, əsasən Mərkəzi Asiyanın üç ölkəsindən – Özbəkistan, Tacikistan və Qırğızıstandandır", – deyə o əlavə edib.
Florinskayanın sözlərinə görə, hazırda əmək miqrantlarının əksəriyyəti Rusiyada öz mövqelərini leqallaşdırmağa üstünlük verirlər.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi