Rusiyada səhvən həbs edilən siyasətçi azadlığa buraxıldı - YENİLƏNİB

Rusiyada səhvən həbs edilən siyasətçi azadlığa buraxıldı - YENİLƏNİBRusiyada siyasətçi və ictimai xadim Leonid Qozman ikili vətəndaşlıq işi üzrə səhvən həbs olunduqdan sonra azadlığa buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə "TASS"a onun vəkili Mixail Biryukov məlumat verib.
"Texniki səbəblərə görə onun ikili vətəndaşlıq işi üzrə federal axtarışı ləğv olunmadığı üçün haqsız həbsdən sonra sərbəst buraxılıb", – deyə vəkil bildirib.
Qeyd edək ki, siyasətçi iyulun 15-də xarici dövlətin vətəndaşı olması barədə hakimiyyət orqanlarına məlumat verilmədiyinə görə saxlanılıb. Dindirildikdən sonra sərbəst buraxılıb. Əgər Qozman günahkar bilinsəydi, onu 200 min rubla ( 5900 manat) qədər cərimə və ya ya 400 saata qədər icbari iş gözləyirdi.
16:21
Rusiyanın tanınmış siyasətçisi, ictimai xadim yəhudi Leonid Qozman polis tərəfindən saxlanılıb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mixail Biryukov bildirib.
M.Biryukov müvəkklinin saxlanılması səbəbinin hələ ki, məlum olmadığını deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Leonid Qozmanın federal axtarış da olduğunu bildiriiblər:
"Axtarış üçün də əsas olmayıb. Odur ki, Leonid Qozmana qarşı hələ heç bir ittiham irəli sürülməyib".
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanların bazasında Leonid Qozmanın da kartı var.
Məlumata görə, Qozmanı bu il iyulun 15-də saxlayaraq İstintaq Komitəsində İsrail vətəndaşı olması barədə uyğun qurumları məlumatlandırmadığı üçün dindirdikdən sonra sərbəst buraxıblar.
Qeyd edək ki, Leonid Qozman 1950-ci il iyulun 13-də Rusiyanın Leninqrad şəhərində anadan olub. O, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. 1992-ci ildə Boris Yeltsinin prezidentliyi dönəmində RF-nin Baş naziri olmuş Yeqor Qaydarın müşaviri olub. 1996-1998-ci illərdə Rusiya Prezident Administrasiyasının müşaviri, 1999-cu ildə Rusiya "Vahid Energetik Sistem" Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Anatoli Çubaysın müşaviri, 2000-2008-ci illrədə cəmiyyəti idarə heyətinin üzvü, 2008-2011-ci illdər Sağ İş Partiyasının həmsədri olub. Sağ qüvvələr ittifaqı ictimai hərəkatının prezidentidir.//Report

Siyasi       Tarix: 26 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər krminal bu gun bugünkü son xəbərlər novruz bayramı