Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonraRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır.
Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.
Görünən odur ki, Rusiyada miqrantların deportasiya olunması üçün əsasların siyahısı genişləndirilir. Yəni hansı inzibati xətalara görə insanlar deportasiya oluna bilərlər.
Rusiyada yaşayan azərbaycanlıları deportasiyası üçün yeni qaydalarda nələrdən daha çox istifadə oluna bilər?
KONKRET.az xəbər verir ki, Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyada deportasiya üçün əsasların genişləndirilməsi ilk baxışdan miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsi kimi təqdim olunsa da, hüquqi baxımdan bu dəyişikliklər ciddi müzakirələr doğurur: "Xüsusilə inzibati xətaların sayının əhəmiyyətli dərəcədə artırılması deportasiya institutunun daha geniş tətbiqinə yol aça bilər. Bu da miqrantların fundamental hüquqlarının müdafiəsi baxımından narahatlıq yaradır. Rusiyada yaşayan azərbaycanlılar da digər xarici vətəndaşlar kimi yeni qaydaların təsiri altına düşəcəklər. Ən böyük risk ondan ibarətdir ki, əvvəllər yalnız cərimə və ya inzibati məsuliyyət yaradan bəzi əməllər artıq ölkədən çıxarılma ilə nəticələnə bilər. Xüsusilə, polisə itaətsizlik, icazəsiz aksiyalarda iştirak, sərhəd əməkdaşının göstərişinə əməl etməmək və digər inzibati pozuntuların şərhində subyektiv yanaşma ehtimalı hüquqi müdafiə mexanizmlərinin əhəmiyyətini daha da artırır. Hüquqi dövlət prinsipinə görə, deportasiya yalnız müstəsna hallarda və proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilməlidir. İnsan yalnız kiçik inzibati xətaya görə ailəsindən, işindən və uzun illər yaşadığı mühitdən məhrum edilməməlidir. Əks halda, bu, ailə həyatına hörmət, ədalətli araşdırma və effektiv hüquqi müdafiə hüququ kimi beynəlxalq səviyyədə tanınan prinsiplərlə ziddiyyət təşkil edir".
Hüquq müdafiəçisi soydaşlarımıza çağırış etməyi də unutmadı: "Rusiyada yaşayan azərbaycanlı miqrantlar yeni qaydalar qüvvəyə minəcəyi halda hüquqlarını daha diqqətlə qorumalı, inzibati protokollarla razılaşmadıqda onları məhkəmədə mübahisələndirməli və hüquqi yardım almaq imkanlarından istifadə etməlidirlər. Hər bir deportasiya qərarı fərdi qaydada əsaslandırılmalı və məhkəmə nəzarətindən keçməlidir. Kollektiv və ya avtomatik yanaşma hüquqi baxımdan qəbulolunmazdır.
Bu qanun layihəsinin qəbul edilməsinin əsas səbəbləri isə Rusiyada son illər miqrasiya siyasətinin sərtləşdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, qanunsuz miqrasiyaya qarşı nəzarətin gücləndirilməsi və dövlətin miqrasiya axınını daha sərt inzibati vasitələrlə tənzimləmək istəyidir. Hakimiyyət bu addımı ictimai təhlükəsizliyin təmin olunması ilə əsaslandırsa da, insan hüquqları müdafiəçiləri belə geniş səlahiyyətlərin ayrı-seçkilik, selektiv tətbiq və miqrantlara qarşı təzyiq riskini artıra biləcəyini vurğulayırlar. Bu baxımdan, qanunun tətbiqində əsas meyar milliyyət deyil, hüququn aliliyi olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların və digər miqrantların qanun qarşısında bərabərliyi, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması tam təmin edilməli, deportasiya isə yalnız kifayət qədər hüquqi əsaslar və obyektiv sübutlar olduqda son tədbir kimi tətbiq edilməlidir. Hüquqi dövlətin əsas prinsipi də məhz budur ki, təhlükəsizlik tədbirləri insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir".

Siyasi       Tarix: 09 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəlad

Tarixi görüşün ildönümündə Paşinyan İlham Əliyevə zəng etdi

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmi

"Qraparak": Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur. xəbər verir ki, "Qraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazi

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunmas

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsu

İran İraq və Küveyt sərhədinə qoşun yeridir – Təcili Xəbərdarlıq

İran silahlı qüvvələrini və hərbi texnikasını İraq və Küveytlə həmsərhəd bölgələrə aktiv şəkildə köçürməyə başlayıb. Bu barədə məlumatı proyranlı sosial media kanalları və teleqram səhifələri yayıb. xəbər verir ki, yayıla

XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib. Son hadisəd

Tramp İrana ultimativ tələb irəli sürdü: "Ya razılaşma, ya da..."

ABŞ Prezidenti Donald Tramp İrana Hörmüz boğazı ilə bağlı dərhal razılıq əldə etmək üçün sərt ultimativ tələb irəli sürüb. "Bloomberg" agentliyinin məlumatına görə, Vaşinqton Tehran qarşısında açıq şərt qoyub: y

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri bugünkü son xəbərlər axsam az xeberler en son xəbərlər bugün