Rusiyadan ABŞ-a xəbərdarlıq: Tələb edirik...
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentindən və ABŞ-ın Moskvadakı səfirliyindən Rusiyanın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.
Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə XİN "Facebook" səhifəsində yazıb.
"Suveren dövlətlərin daxili işlərinə müdaxilələrin dayandırılmasını tələb edirik və məsuliyyət barədə xatırladırıq:
"ABŞ-ın Rusiyanın daxili işlərinə kobud müdaxiləsi Vaşinqtonun nəzarətində olan internet-platformalar tərəfindən feyklərin "raskrutkası" və icazəsiz aksiyalara çağırışlar kimi sübut edilmiş faktdır. ABŞ-ın Dövlət katibi Entoni Blinken tərəfindən qanunun pozulmasının dəstəklənməsi Vaşinqtonun pərdəarxası rolunun daha bir təsdiqidir. Şübhə yoxdur ki, etirazların təşviqinə yönələn hərəkətlər Rusiyanın qarşısının alınması strategiyasının bir hissəsidir".
"Dövlət Departamenti RAND Corp. analitik mərkəzinin 2019-cu ildə təklif etdiyi proqramı açıq şəkildə istifadə edir. Kədərlidir ki, bu doktrinanın həyata keçirilməsi üçün "yüksək qiymət və risklər" haqqında xəbərdarlığı qaçırıblar", - paylaşımda deyilir.
Nazirlik Amerika tərəfinin nümayəndələrinə müraciət edərək sözügedən aksiyaların "planlaşdırılmamış" deyil, "qeyri-qanuni" olduğunu əlavə edib.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək