Rusiyadan gələn Azərbaycan vətəndaşı gömrükdən siqaretləri gizlətməyə çalışdı - FOTO
Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə Xaçmaz gömrük idarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib.
Bu barədə azxeber.com-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin sürücünün davranışları gömrük əməkdaşlarında şübhə doğurduğundan avtomobilin stasionar rentgen qurğusunda yoxlamadan keçirilməsinə qərar verilib.
Gömrük baxışı zamanı avtomobilin qoşqusunda şübhəli təsvirlər müşahidə olunub və yükə yoxlama qrupu tərəfindən təkrar baxış keçirilib.
Nəticədə nəqliyyat vasitəsinin qoşqusunun döşəməsi sökülərkən əvvəlcədən quraşdırılan gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 8 adda 282 200 ədəd siqaretlər, 4 320 ədəd pirotexniki vasitə aşkar edilib.





Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi