Rusiyadan Kuraxovenə hücum - 16 nəfər yaralandı
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib.
"Bu gün nahar saatlarında Kuraxove atəşə tutulub – düşmən şəhərin düz mərkəzini vurub, azı 15 çoxmərtəbəli binaya tuş gəlib. İlkin məlumata görə, rusiyalılar idarəolunan aviabomba istifadə ediblər", – VHA-nın başçısı qeyd edib.
Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Filaşkin vurğulayıb ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük qismi 2014-cü ildən rusiyayönümlü separatçıların, 2022-ci ilin fevralından isə rəsmi şəkildə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2022-ci ilin fevralında genişmiqyaslı hərbi müdaxiləyə baxmayaraq, Moskva regionu tam işğal edə bilməyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi