Rusiyadan sonra Çinə keçdilər: koronavirusu əslində noyabrda...
"Çin noyabrda prezident seçkilərini uduzmağım üçün əlindən gələn hər şeyi edəcək".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Pandemiyanın yeni mərkəzi olan və iqtisadi baxımdan ciddi risklərlə qarşı-qarşıya qalan ABŞ-da hökumətin koronavirusla mübarizəsi tənqid obyektinə çevrilib. Prezident Donald Trampı isə kreslosunu itirmək qorxusu bürüyüb.
Koronavirusun pandemiyaya çevrilməsində Çini günahlandıran Tramp "Röyters"ə müsahibəsində bu ölkəyə tətbiq etdiyi gömrük vergiləri və ticari məhdudiyyətlərdən dolayı rəsmi Pekinin Co Baydeni dəstəklədiyini iddia edib: "Ticarət məsələsində təzyiqlərimi yüngülləşdirmək üçün əllərindən gələni edəcəklər. Özlərini məsum tərəf olaraq göstərmək üçün daim xalqla əlaqələrə müraciət edirlər".
Çinin virusu bilərək yaydığına işarə verən Tramp bu ölkədən kompensasiya tələb edib-etməyəcəyinə hələ ki, qərar vermədiyini qeyd edib.
O bildirib ki, ABŞ pandemiyadan əvvəl tarixin ən yaxşı iqtisadiyyatına malik idi.
Qeyd edək ki, 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi və bununla da Donald Trampın qalib gəldiyi iddia olunurdu.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi