Rusiyalı deputat: "Qarabağın "müstəqilliyi" barədə söhbətlər növbəti gərginliyə səbəb ola bilər
Rusiyalı deputat: "Qarabağın "müstəqilliyi" barədə söhbətlər növbəti gərginliyə səbəb ola bilər"
Qərb ölkələrinin Qarabağdakı münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərən müəyyən faktlar var.
Bunu Rusiya Dövlət Dumasının deputatı, Parlamentin Beynəlxalq İşlər Komitəsinin üzvü Anton Morozov Media.az-a Fransa Senatının "Dağlıq Qarabağ Respublikasını" tanımaq barədə qətnaməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu, Rusiya Federasiyası ətrafında çoxlu lokal münaqişə səbəbindən gərginliyin yaranmasında maraqlı olan dağıdıcı qüvvələrin işinin nəticəsi ola bilər.
"Ancaq bu, bizə lazım deyil. Biz postsovet məkanındakı müttəfiqlərimizdə hər şeyin sakit olmasında maraqlıyıq. Dağlıq Qarabağdakı vəziyyət xüsusilə vacibdir, çünki burada on illərdir davam edən uzunmüddətli münaqişə var idi. Rusiya Federasiyasının köməyilə bunu həll etməyimiz çox vacibdir".
Politoloq, eyni zamanda, bu sülh təşəbbüslərinə dəstəyi səfərbər etməyin, Qərb ölkələrində beynəlxalq təşkilatlarda iş aparmağın vacibliyini vurğulayıb.
"Bəlkə də, məsələni BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirməyə, birgə, konsolidasiya qərar verməyə və BMT-nin himayəsi altında sülhməramlı əməliyyat aparmağa dəyər", - deyə RF Dövlət Dumasının deputatı bildirib.
"Müstəqillik" barədə danışıqlara gəldikdə, Anton Morozov bunun Dağlıq Qarabağda daha bir gərginlik dalğası ilə nəticələnə biləcəyini vurğulayıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."