Rusiyalı deputatdan MESAJ: "Dünya daha dəhşətli münaqişələrə qədəm qoyur"

Rusiyalı deputatdan MESAJ: "Yaxın gələcəkdə ABŞ və kollektiv Qərb yeni böyük beynəlxalq münaqişənin əsasını qoyacaq. Məqsəd BRİKS dövlətlərarası təşkilatın güclənməsinin qarşısını almaqdır".
KONKRET.azxəbər verir ki, bu qənaətə Dövlət Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulev gəlib. O, Vaşinqtonun növbəti macərasının mümkün ssenarisini təsvir edib.
Andrey Qurulev ABŞ-ın beynəlxalq aləmdə baş verən hadisələrdən razı qalmadığına diqqət çəkib. Rusiya ilə Çinin yaxınlaşması, həmçinin BRİKS təşkilatının xarici siyasət mövqelərinin güclənməsi Vaşinqton üçün kifayət qədər təhlükəli nəticələrə gətirib çıxara bilər. Amerika hakimiyyətinin əsas qorxuları digər məsələlərlə yanaşı, Yaxın Şərq ölkələrinin Moskva və Pekinlə münasibətlərini gücləndirmək istəyi ilə bağlıdır. İstisna etmək olmaz ki, Ağ Ev administrasiyası ərəb dünyası ölkələrində qarşıdurma yaratmaq məqsədi daşıyan müəyyən geosiyasi qərarları həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Andrey Qurulev baş verəcək yeni münaqişələrdən danışarkən İsrailin İrana qarşı hərbi əməliyyatların nəzərdə tutur. Onun fikrincə, yeni qaynar nöqtənin yaradılması ABŞ-a bu regionda Rusiya və Çinin mövqelərinin güclənməsinin qarşısını almaq üçün lazımdır.
"Birləşmiş Ştatlar inamla İsraili İranla hərbi münaqişəyə sövq edir. Bununla müqayisədə Ukraynadakı döyüşlər xırda müharibə kimi görünəcək", – deyə Qurulev fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 24 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber