Rusiyalı deputatların Azərbaycanı təhdid etmələri nədən xəbər verir? - Politoloqdan AÇIQLAMA

Rusiyalı deputatların Azərbaycanı təhdid etmələri nədən xəbər verir? - Politoloqdan AÇIQLAMABu günlərdə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı və Yaponiyanı hədələyib. Belə ki, Şerin hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirərək bildirib ki, kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən "Kalibre" və "İskəndər"lər hiss edəcəklər.
Bəs görəsən, rusiyalı deputatların Azərbaycan haqqında ardıcıl olaraq təhdid xarakterli fikirlər səsləndirməsi nədən xəbər verir? Bu təhdidləri Rusiyanın mövqeyi kimi dəyərləndirmək olarmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Əlimusa İbrahimov cavablandırıb.
Rusiyalı deputatların Azərbaycanı təhdid etmələri nədən xəbər verir? - Politoloqdan AÇIQLAMAO bildirib ki, Rusiyada Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilməyən şəxslər var:
"Bu günlərdə Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan əleyhinə söylədiyi fikirlər Azərbaycanda və Rusiyada geniş əks-səda doğurdu. Rusiyada Azərbaycan haqqında yüksək fikirdə olan siyasi və dövlət xadimləri yetərincədir və onlar bizimlə münasibətlərin hər zaman inkişaf etdirilməsi istiqamətində çalışırlar. Amma təəssüf ki, Jirinovski, Delyagin, Aleksandr Şerin kimilər də mövcuddur və onlar Azərbaycanda gedən prosesləri, Azərbaycanın müstəqil siyasət yeridərək öz sözünü deməsini həzm edə bilmirlər. Azərbaycan dövləti və siyasi dairələrinin vaxtında və ciddi reksiyası belələrini yerində oturtmağa bəs edir. Bu dəfə də belə oldu. Deputatların bu demarşı Rusiyada kök salan Azərbaycan əleyhinə olan qüvvələrin, xüsusən bizim düşmənlərimizin təşkilatçılığıdır. İstənilən halda həm Delyaqin, həm də onun kimilər dərslərini aldılar".
Politoloq bildirib ki, müxtəlif ictimai və siyasi şəxslərin Azərbaycan əleyhinə söylədiyi fikirləri Rusiya hakimiyyətinin mövqeyi kimi dəyərləndirmək olmaz:
"Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında yetərincə siyasi və iqtisadi əlaqələr mövcuddur və bu əlaqələrin nizamlanması üçün Delyagin kimilərin dırnaqarası xidmətinə ehtiyac yoxdur. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini olmuş keçmiş deputat, Rusiya hakim dairələrinə yaxın sayılan Aleksandr Şerinin Azərbaycanı və Yaponiyanı hədələməsi Rusiya hakim dairələrinin mövqeyi hesab oluna bilməz. Ən azından ona görə ki, Rusiya və Azərbaycan dövlət başçıları son günlərdə bir neçə dəfə telefon əlaqəsi saxlayıb və regionda gedən prosesləri müzakirə ediblər. Belə olan halda Putin Azərbaycanla bağlı məsələləri birbaşa İlham Əliyevlə müzakirə edə bilərdi. Aleksandr Şerin isə Rusiya hakimiyyət dairələrindən daha çox ermənilərin sifarişlərini yerinə yetirir. Çünki Fərrux kəndi ətrafında aparılan əməliyyatlar ən çox ermənilərin kürkünə birə salıb. Ermənilər məhz bu kimi keçmiş və müasir deputatlardan istifadə erdərək Azərbaycana qarşı ədavəti qızışdırmaq istəyirlər. Düşünürəm ki onların məqsədləri həyata keçməyəcək, çünki Azərbaycan buna imkan verməyəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler en yeni xeberler cəbhədən canlı maraqlı xəbərlər