Rusiyalı ekspert: "KTMT-də iki ölkə Azərbaycana Ermənistandan daha yaxındır"
"KTMT Kremlin qolu deyil. Bu, altı ölkəni özündə birləşdirən çoxmillətli təşkilatdır, onlardan ikisi Azərbaycana Ermənistandan daha çox yaxın münasibətdədir".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı sosioloq, beynəlxalq məsələlər üzrə ekspert Aleksey Tokarev Ermənistanın KTMT-yə iddiaları ilə bağlı sualı cavablandırarkən deyib.
"Böyük təşkilatlarda belə olur. Məsələn, NATO-ya Türkiyə və Yunanıstan daxildir, onların da münasibətləri o qədər də yaxşı deyil. Yaxud Türkiyə NATO-ya daxil olma prosesində Finlandiya və İsveçi çox uzun müddət blokladı. Finlandiya qəbul edildi, İsveç hələ də qəbul edilməyib. Çünki Rəcəb Tayyib Ərdoğan və ümumilikdə Türkiyə hesab edir ki, İsveç kürd terrorçularına sponsorluq edir və onlara sığınacaq verir", – deyə rusiyalı ekspert bildirib.
Onun sözlərinə görə, KTMT deyərkən Rusiya nəzərdə tutulur, amma KTMT Rusiya hökumətinin qolu deyil:
"Bu, prezident administrasiyasının rəhbərinin zəng edib nə etməli olduqlarını deyə bildiyi bölmə deyil… Niyə hamınız məndən KTMT-nin cavab vermədiyini soruşursunuz?" – deyə Aleksey Tokarev sual edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir