Rusiyalı ekspertlər: Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür

Rusiyalı ekspertlər: Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşürRusiyalı ekspertlər: Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür
Dağlıq Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür. Bu barədə rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.
"Ağdamda Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti Rusiya və Türkiyənin münasibətlərində ortaq nöqtələri tapa biləcəyi və birgə layihələri reallaşdıracaqlarının nümunəsidir. Dağlıq Qarabağ məsələsində həm Rusiya, həm də Türkiyənin maraqları üst-üstə düşüb, bu da regionda sülhün bərqərar olması üçün zəmin yaradır", - Korotçenko "Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri" mövzusunda Moskva-Bakı telekörpüsü vasitəsi ilə bağlantı zamanı bildirib.
Öz növbəsində, rusiyalı ekspert, politoloq, "Siyasi Araşdırmalar İnstitutunun" baş direktoru Sergey Markov qeyd edib ki, Türkiyənin siyasi dəstəyi və Ankaranın Azərbaycana hərbi yardım göstərmək vədi Ermənistan silahlı qüvvələrinin (44 günlük müharibə dövründə - İF) Azərbaycanın neft-qaz nəqli infrastrukturuna zərbə endirmək imkanlarını puç etdi.
"Bundan başqa Türkiyə sübut etdi ki, Böyük və Yaxın Şərq regionunda əsas oyunçulardan biridir. Bu, həmçinin Birgə Monitorinq Mərkəzinin fəaliyyəti zamanı da Rusiya tərəfindən təsdiqlənib. Sıx, siyasi, hətta hərbi ittifaq təşkil edən Azərbaycan və Türkiyə qarşılıqlı əlaqələri Rusiya rəhbərliyi tərəfindən Azərbaycan və Türkiyə xalqlarının suveren siyasət yürütmək hüququ kimi tanınır. Bu cür ittifaqdan Moskva üçün heç bir təhdid görmürük, çünki Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq qurub", - Markov qeyd edib. Bu barədə "İnterfaks-Azərbaycan" məlumat verir.
Markovun fikrinə görə, Rusiya və Türkiyə çoxqütblüdünya, Avrasiya məkanında qarşılıqlı yardım qavrayışını inkişaf etdirmək məqsədi güdür. Həmçinin o qeyd edib ki, Rusiya-Türkiyə ittifaqı "ABŞ və Aİ-nin diktaturasına" əngəl törədəcək. /oxu.az

Siyasi       Tarix: 19 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava durumu dunya xeberleri cəbhədən son durum