Rusiyalı politoloq: "Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq"
"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.
O, bu gün Ermənistan-Azərbaycan sərhədində baş verənləri İrəvanın təxribatı adlandırıb.
"Hazırda Ermənistan Avropa İttifaqının müşahidəçi missiyasını öz tərəfinə çəkib. Ermənistan müdafiə naziri NATO-nun Brüsseldəki mənzil qərargahına gedib Ermənistan və Azərbaycan arasında baş verənlərdən danışır. Bu məqamda bu cür silahlı təxribat Ermənistana çox sərf edir. Belə olan halda İrəvan Avropa İttifaqı, Fransa və NATO-nu daha çox öz tərəfinə cəlb etmiş olur. Eyni zamanda Ermənistan Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına maneə olmaq üçün imkan qazanmış olur. Düşünürəm ki, Ermənistan müdafiə nazirinin Brüsselə, NATO-nun mənzil qərargahına göndərilməsi Ermənistanın böyük səhvidir. Ona görə ki, hazırda NATO-nun mənzil qərargahında olan Ermənistan müdafiə nazirinə Rusiya heç nədə kömək etməyəcək", – deyə rusiyalı politoloq vurğulayıb. APA
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir